warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al
Şriftin ölçüsü / 378 dəfə oxunub

Azərbaycanda TV fəaliyyətini dayandırdı

11 Fevral 2019 [14:34]
"ARB Media Qrup"a daxil olan tematik musiqi kanalı "ARB Ulduz" fəaliyyətini dayandırıb.

Mia.az Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli məlumat verib. O bildirib "ARB Ulduz" telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib.

"Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup"a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz" telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz" da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi".


SON XƏBƏRLƏR