"Özəl klinikalar ağzına kimi doludur, qiymətlər kəllə-çarxa çıxıb..." - Ekspertdən etiraz

img

11-02-2019 [12:37]


"Özəl klinikalar ağzına kimi doludur. Qiyməti kəllə-çarxa çıxır. Həkim konsultasiyası 30-80 manat, analizlər isə 50-100 manatdan başlayır. Bir pasiyent orta hesabla 150-200 manat xərcləyir. Mən hələ həkimlərin pasiyentlərini lüzumsuz analizlərdən keçməyə vadar etməsini demirəm". 

Mia.az bildirir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.

O, klinikaların vergidən yayınma ehtimalının da yüksək olduğunu iddia edir: "Maraqlıdır özəl klinikalardan il ərzində nə qədər vergi yığılır? Görünən də odur ki pulların hamısı vergiyə cəlb olunmur. Bəs sayına görə ərzaq dükanları ilə rəqabət aparan apteklər nə qədər vergi verir?

 Ölkədə səhiyyə bərbad haldadır. Dövlətin təcili yardım xidməti isə yarıtmaz işləyir. Vaxtında gəlmir, həkimləri qeyri-peşəkardır, standart hamıya eyni iynə vurmaqla işlərini bitmiş hesab edirlər". 

İqtisadçının sözlərinə görə, ölkə iqtisadiyyatı sanki klinika-aptek biznesi üzərində qurulub: "İnsanların illərlə qəpik-qəpik yığdıqları pul bir anda klinikaların gəlirinə çevrilir. Bu biznes o qədər gəlirli olub ki, TV verilişlərin əksəriyyətinin sponsoru özəl klinikalardır. Tibbi sığorta sistemi qısa müddətdə tam işə düşməsə bu gün birtəhər pul tapan insanlar sabah həkim nəzarətindən kənarda qalacaqlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR