Sumqayıtda idmançıların kütləvi davası - 4 nəfər xəstəxanalıq oldu + Adlar

img

11-02-2019 [00:48]


Sumqayıt şəhərinin 41-ci məhəlləsində kütləvi dava olub. Nəticədə dörd nəfər bıçaq xəsarəti alıb. Hadisə idmançı gənclər arasında mübahisə zəminində baş verib.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov Azərtac-a bildirib ki, yaralanan dörd nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Ələsgərov Emin İlqar oğlu və 1995-ci il təvəllüdlü Kərimli Eltiram İnqilab oğlu dərhal əməliyyat olunublar. Hazırda onların vəziyyəti sabitdir, həyatlarına təhlükə yoxdur.

Şahidlərin sözlərinə görə, davada 30-a yaxın gənc iştirak edib.

Sumqayıt Şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR