Hökumət vergini qaldırdı, marketlərdə siqaret və energetik içkilər yoxa çıxdı - Qiymətlər bahalaşıb

img

10-02-2019 [13:17]


"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün maye aksizli malların siyahısına daxil edilib, siqar və siqarilllalar fərqli aksiz dərəcəsi tətbiq olunmaqla yeni redaksiyada verilib və siqaretlərin isə aksiz dərəcəsi artırılıb.

Mia.az xəbər verir ki, bununla da Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa,  cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub. 

Bu qərarın təsiri isə artıq paytaxtdakı marketlərdə özünü göstərməyə başlayıb.

Mia.az bildirir ki, bu gün səhərdən bir çox marketlərdə siqaret və energetik içkilər satışdan tamamilə yığışdırılıb. Bəzi kiçik dükan və köçklərdə isə qiymətlər qalxıb. Belə ki, Kent-4 2.70-dən 3 manata, Sobranie 3 manatdan 3.30-a, LD 2.20-dən 2.50-yə qalxıb. Ancaq satıcılar bu qiymətin dayanıqlı olmadığını da deyirlər. Onların sözlərinə görə, dəqiq qiymətlər bu axşamdan bəlli olacaq. 

Satıcılar energetik içkilərin parakəndə qiymətinin müəyyənləşmədiyini deyərək, satışın hələlik həyata keçirilmədiyini deyiblər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR