"Sarı jiletlilər" yenidən küçələrdə - Parisdə növbəti aksiya başlayıb

img

09-02-2019 [18:06]


Parisdə polis bir neçə dəfə Yelisey sarayı yaxınlığında Birinci Fransisk meydanında nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Eyni zamanda, min nəfərdən çox nümayişçidən ibarət əsas kolon Monten avenyusu boyunca Yelisey sarayından Senaya doğru hərəkət edir. Yürüş sakit keçir, aksiyaya polis əməkdaşları nəzarət edirlər.

Daha əvvəl bildirilib ki, Fransada "sarı jiletlilər"in keçirdiyi etirazlar zamanı 8 polis yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR