Prezident deputatı "Əmək ordeni" ilə təltif etdi - Sərəncam

09-02-2019 [16:47]

Prezident İlham Əliyev  sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Mahmudov AMEA-nın Tarix İnstitutunun direktoru, akademik və deputatdır. 



SON XƏBƏRLƏR