"Bakcell, görəsən, sizin qədər müştərini it yerinə saymayan ikinci şirkət var?" - Jurnalistdən şikayət + FOTO

img

09-02-2019 [16:23]


Bakcell daha bir jurnalistin qəzəbinə səbəb olub.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Bahadur Seyidov sosial şəbəkədəki səhifəsində "BAKCELL"ə xitabən yazdığı statusunda məlumat verib.

Onun yazısını olduğu kimi təqdim edirik:

"Hörmətli Bakcell.

 Görəsən, bu dünyada sizin qədər müştəriyə hörmətsizlik edən, saymazlıq edən, adam yerinə qoymayan, it yerinə saymayan ikinci bir şirkət varmı? 

Mənə sizin tərəfdən zəng gəldi. Dedilər ki, nömrənizi 4g edirik. Dedim lap yaxşıdı. Dedilər gətirib çatdıracağıq. Nömrənin çatdırılması prosesi bir ay çəkdi. Kuryer zəng edib deyir ki, gəl filan metronun yanına. Getdim. Güclü yağış yağırdı. Dedim bəs gəl otur maşına, burda ver. Kuryer mənə dedi ki yanımda uşaqlıqlı qadın var, düş özün gəl. Yağışın altında düşə bilmədim. Üstündən 10 gün keçdi. Bu dəfə başqa bir arvad zəng edib dedi ki, gəl "Papalin"in tininə. Getdim aldım. Nə isə...

Bu heç.

Əsas problem nədir? Yeni nömrəni telefonuma taxdım. Nömrə işləmir, artıq 5-6 saatdı. Köhnə nömrə də həmçinin işləmir. Operatora zəng etmişəm. Deyir ki, 5 iş günü içində düzələcək. Yəni 6-7 heç, bir də mənim telefonuma ən yaxşı halda gələn həftənin 5-cı günü zəng çatacaq.

Nəzərinizə çatdırım ki, bu mənim iş nömrəmdi. İş və əməkdaşlıq təklifləri gəlir.

Birincisi, mən sizdən zəng edib 4G xahiş etməmişəm. Siz təklif etmisiz. İkincisi də, mənə 4G təklif olunarkən deyilməyib ki, sizin nömrəyə bir neçə gün zəng çatmayacaq....

Bu xidmət deyil.... Müştərini dolanmaqdır".

Qeyd edək ki, Bakcell-dən jurnalistə umumi şəkildə belə cavab verilib: "Yaranmış çətinliyin yoxlanılması üçün zəhmət olmasa, İNBOX bölməsinə nömrənizi və ətraflı məlumatı qeyd edərdiniz. Yoxlanış olaraq, Sizə məlumat təqdim olunacaq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR