AzTV-nin keçmiş sədri kafedra müdiri oldu - Universitetdə

img

08-02-2019 [21:37]


AzTV-nin keçmiş sədri, sabiq deputat Nizami Xudiyev Azərbaycan Dövlət Pedaqoji universitetində "Azərbaycan dilçiliyi" kafedrasının müdiri vəzifəsinə seçilib. 

Mia.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Etibar Əliyev məlumat verib.

O bildirib ki, N.Xudiyev rektor işlədiyi dövrdə Universiteti, AzTV-nin sədri olduğu dövrdə televiziyanı yaman günə qoyub: "70 yaşlı bir adamı yenidən kafedra müdiri vəzifəsinə gətirməyə nə lüzum var idi".

Ekspert deyib ki, Azərbaycanda yüksək vəzifə tutan alimlərin bir qisminin 10-15 ildən sonra yenidən qayıdıb kafedra müdiri vəzifələrini tutmaları halı geniş vüsət alıb: "Bu islahat deyil, reqressiyadır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR