Tramp Türkiyəni necə hədələdiyini açıqladı, sonra isə belə dedi: "Toya dəvətliyəm?"

img

08-02-2019 [16:07]


ABŞ prezidenti Donald Tramp "Beynəlxalq Dua Yeməyi" adlı tədbirdə 20 dəqiqəlik çıxışında bir müddət əvvəl Türkiyədə həbsdən azad edilən rahub Branson mövzusunda toxunub.

Mia.az xarici mətbuata istinadən bildirir ki, Tramp həmin tədbirdə iştirak edən rahib Bransona üzünü tutaraq belə deyib: "Biz vəzifəyə gəlmədən rahib həbsdə idi. Mən "onu buraxın. Onu azad etsəniz, sizə yaxşı olar" dedim. Və səni buraxdılar. Bu, bir möcüzə idi. Təşəkkür edirəm sənə, Branson".

Tramp daha sonra deyib ki, o, dini inanclarından dolayı ölkə xaricində həbs edilən Amerikalı rahiblərin azadlığı üçün mübarizə aparır: "Ötənil Türkiyədə buna nail olduq. İndi rahib Branson azaddır. Onun qızı bu həftənin sonu evlənəcək. Təbriklər! Hə, mən toya dəvətliyəmmi? (Bu yerdə Branson təsdiq edir). O zaman təşəkkür edirəm".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR