Baş nazirin müavinindən Türkiyə vətəndaşının iddiasına reaksiya: "Verdiyimiz pulla özünə maşın alıb..."

img

08-02-2019 [14:27]


Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203" dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen" avtomobilinin 2017-ci ilin avqustun 3-də qəza törətməsi nəticəsində  yaralanan 2 nəfər Türkiyə vətəndaşından biri  Mutellib Tekişin qardaşının (digər yaralı da Mütellibin xanımı Songül Tekiş olub) "Meydan TV-yə verdiyi açıqlamalare qarşı tərəfdən sərt qarşılanıb.

Bu barədə Mia.az-a açıqlama verən Baş nazirin müavini Əli Həsənovun köməkçisi Ramin Talibli bildirib ki, Meydan TV-nin 2019-cu il 7 fevral tarixdə "Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa..." başlıqlı video rolikidə şikayətlənən Mütellib Teşinin qardaşının iddiaları şantaj xarakterlidir:

"Məlumat üçün bildiririk ki, İdris Tekişin Meydan TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Onun təqdim etdiyi  fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir.

Mütellib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur.

Mütellib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşın xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilmiş və reabilitasiya dönəmini başa vurmuşdur. Həmin xəstəxanan baş həkiminin xahişinə uyğun olaraq, Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə - müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.

Əlavə olaraq bildiririk ki, videoda "emosyanal” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Kekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoladaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi almışdır.

Burada sual əmələ gəlir, nəyə görə danışmaq iqtidarında olan Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı video görüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir? Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV  ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər".

Xatırladaq ki, 2017-ci ilin avqustun 3-də axşam saat 21.20 radələrində Bakının Heydər Əliyev prospektində vətəndaş Nail Allahverdiyevə məxsus olan, "Mercedes Gelandawagen" markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobil yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində əvvəlcə VAZ 2115 markalı avtomobillə toqquşub, daha sonra idarəetmədən çıxaraq ikinci dərəcəli yola çıxıb, orada yol kənarında dayanan piyadaları da vurub və maneəyə dəyərək alışıb.

Qəza zamanı avtomobilin vurduğu piyadalardan Vaqif Əsədov adlı vətəndaş hadisə yerində həlak olub, digər iki piyada-Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş müxtəlif dərəcədə bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Habelə qəza zamanı avtomobildə olan Mehdi Əliyev adlı şəxs hadisə yerində həlak olub.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR