Bu dövlət qurumları nöqsanlara yol verdi - 860 vəzifəli şəxsə töhmət verildi + SİYAHI

img

08-02-2019 [10:13]


Bəzi dövlət qurumlarında vətəndaşların qəbulu daha səmərəli təşkil olunsa da, bəzi qurumlarda bu tələblərə tam əməl olunmur. Həmin qurumlarda vətəndaş qəbulunun təşkilində müəyyən nöqsanlara yol verilir.

Mia.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirib.

S.İsmayılov qeyd edib ki, bu sıraya Xarici İşlər, Energetika nazirlikləri, "Bakı Metropoliteni” QSC, Milli Arxiv, "İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar daxildir.

Şöbə müdiri bildirib ki, ötən il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub: "Bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol verən, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşan, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməyən vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb. 

Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib”.



Digər xəbərlər
SON XƏBƏRLƏR