"Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ilə bağlı zəngin arxivim var" - Azər Hacızadə + VİDEO

img

05-02-2019 [22:02]


Ömrünün böyük hissəsini jurnalistikaya həsr edən Hacızadə Azər Yadulla oğlu Azinforum.az-a maraqlı videomüsahibə verib. 

O, bildirib ki, 90-cı illərdə Naxçıvan MR-də yaşanan bütün hadisələrin canlı şahidi və iştirakçısı olub. Xüsusilə də, ermənilərin Naxçıvana etdiyi silahlı həmlələr nəticəsində yaranan mənzərə və mərhum Prezident Heydər Əliyevin Naxçıvanda olduğu dönəmlə bağlı hələ də işıq üzü görməyən zəngin arxivə malik olduğunu bildirən jurnalist deyir ki, maddi çatışmazlıq ucbatından həmin "fotoplyonkalar” məhv olmaq təhlükəsilə üzləşib.

 Jurnalist deyir ki, 90-cı illərdə rəqəmsal fotoapartlar az olduğu səbəbindən, bütün fotolar köhnə model "Zenit”-lə çəkilib. Hazırda həmin fotolentlərin bərpası zərurəti orta çıxıb.

Mia.az Azinforum.az-a istinadən Azər Hacızadə ilə yanvar ayının sonunda hazırlanan maraqlı müsahibəni təqdim edir: 



Digər xəbərlər
SON XƏBƏRLƏR