Nazir iki nəfərə yeni vəzifə verib, xanım müşavir və bir şöbə müdiri isə gedib - Mia.az-ın xəbəri təsdiqləndi

img

04-02-2019 [16:34]


Kənd Təsərrüfatı Nazirliyində yeni təyinatlar olub.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, bu barədə  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.

İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə "Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə gətirilib.

Eyni zamanda nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar: "Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır. Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.

Xatırladaq ki, KTN-dəki bu dəyişikliklərə bağlı ilk xəbəri Mia.az yayıb. 

Həmin xəbəri bu linkdən oxuya bilərsiniz - http://mia.az/w695500/.../

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR