Baş nazirin müavininin köməkçisi: "Əli Həsənovun xidməti maşını Nazirlər Kabinetinə məxsusdur"

img

02-02-2019 [22:35]


Son günlərdə bəzi xəbər saytlarında və qəzetlərdə "Əli Həsənov "Qaçqınkom”dakı xidməti avtomobili özü ilə aparıb”, "Əli Həsənov "Qaçqınkom”dan apardığı "BMV”-yə görə cəza ala bilər” və s. kimi başlıqlı həqiqətə uyğun olmayan yazılar dərc olunub.

Baş nazirin müavini Əli Həsənovun köməkçisi Ramin Talıblı Mia.az-a bildirib ki, 2012-ci il buraxılışlı, BMV markalı və hazırda Baş nazirin müavininin xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur:

"Əli Həsənov, həmçinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dönəmdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılmışdır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR