Nazir 4 nəfəri vəzifədən azad etdi... - KTN-də növbəti dəyişiklik +SİYAHI

img

02-02-2019 [23:17]


Kənd Təsərrüfatı Nazirliyində yeni dəyişikliklər olub.

Bu barədə Mia.az-a nazirlikdən daxil olan məlumata görə, İnam Kərimovun əmri ilə 8 ay əvvəl (30 iyun 2018-ci ildə) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru təyin olunan Vüqar Babayev vəzifəsindən çıxarılıb.

Onun yerinə isə Elçin Zeynalov gətirilib.

Xatırladaq ki, V.Babayev bu vəzifəsinə qədər Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək Texnologiyalar Parkı”nın direktoru işləyib.

İnam Kərimov Vüqar Babayevlə yanaşı, 13.06.2018-də təyin etdiyi müşaviri Şəbnəm Məmmədovanı da vəzifəsindən çıxarıb. 
 
Qeyd edək ki, nazir İnam Kərimovun 8 ay əvvəl özünə innovasiya üzrə müşavir təyin etdiyi Ş.Məmmədova ADA Universitetinin "Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

 Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən "İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.

KTN-də daha bir dəyişikik isə şöbə müdiri Aydəm Ismayılovla bağlı olub. O, İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Naziirn digər əmri isə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadəni də işdən azad edib.


***

Qeyd edək ki, Mia.az-ın bu xəbərindən iki gün sonra, yəni fevralın 4-də KTN dəyişikliklərlə bağlı rəsmi məlumat yayıb. 

Maraqlıdır ki, KTN-nin mətbuat katibi Vüqar Hüseynov bu barədə xəbəri ilk yayan Mia.az-a deyil, özlərinə yaxın olan saytlara göndərib.

Həmin məlumatda nazirliyn mətbuat katibi bildirib ki,  elm və təhsil şöbəsinin müdiri vəzifəsindən çıxarılan Firdovsi Fikrətzadəyə yeni iş verilib. O, Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub.

KTN-nin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə "Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsinə gətirilib.

Nazirlik rəsmisi qeyd edib ki, nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev isə şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar: "Həm Şəbnəm xanım, həm Vüqar müəllim yüksək keyfiyyətli kadrlardır. Onların işdən ayrılması şəxsi karyera planları ilə bağlıdır. Hər iki şəxs fəaliyyətlərini yeni layihələrdə davam etdirmək istədiklərini bildiriblər və onların qərarına hörmətlə yanaşılıb”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR