warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir
Şriftin ölçüsü / 218 dəfə oxunub

İmişlidə yol qəzası: ölən və yaralılar var

20 Yanvar 2019 [13:16]
İmişli rayonunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun girişində baş verib.

"Qazel" markalı avtomobil yoldan çıxaraq, İmişli sakini, 1957-ci il təvəllüdlü Allahverdiyev Hidayət Şəkəralı oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1962-ci il təvəllüdlü Əhmədov Ramiz Əhməd oğlu və 1967-ci il təvəllüdlü Məmmədova Kəmalə Qaraş qızı xəsarət alıblar. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR