Şriftin ölçüsü / 745 dəfə oxunub

Ramil Usubovdan daha 3 rəislə bağlı əmr: Binəqədinin rəisi təqaüdə göndərildi, iki rəisin isə yeri dəyişdi

19 Yanvar 2019 [17:10]
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub.

Mia.az Azvision.az-a istinadən bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib.

Vəzifəsindən azad edilən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov isə Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl nazir Ramil Usubov 7 rəis təyinatı həyata keçirib. İki rəisin isə sərəncama alınması haqda əmr verib.



SON XƏBƏRLƏR