Şriftin ölçüsü / 146 dəfə oxunub

Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

19 Yanvar 2019 [13:26]
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu Abşeronda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° isti , gündüz 6-8° isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava ssasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° isti təşkil edəcək. 


SON XƏBƏRLƏR
09:06 19.02.2019
Bakıya qar yağır