Fazil Mustafadan Avropa Parlamentinin qətnaməsinə şərh: "Öz əməllərini ört-basdır etməyə çalışırlar"

img

18-01-2019 [18:06]


"Avropa Parlamenti tərəfindən qəbul olunan "qətnamə” bəhanə üçün fürsət gözləyən qurumun yanaşması kimi dəyərləndirilməlidir. Bu, Avropa Parlamentinin növbəti uğursuz bir addımıdır".

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, hər hansı bir cinayət işi qaldırılmayan, hazırda araşdırma aparılan məsələ ilə bağlı bu cür qərəzli yanaşma ortaya qoyulub: "Bu da onu göstərir ki, Avropa Parlamentindəki bəzi qüvvələr Azərbaycanın gözdən salınması siyasəti yürüdürlər. Onlar hər hansı xırda məsələləri daha qabarıq şəkildə, acınacaqlı vəziyyət kimi göstərməyə cəhd edirlər. Bu cür məsələlərlə müəyyən mənada Azərbaycana təzyiq etmək istəyirlər. Əlbəttə ki, bu, doğru deyil. Azərbaycan rəsmi şəkildə həmin məsələ ilə bağlı açıqlama verib ki, hər hansısa bir aclıq aksiyası aparılmır. Eyni zamanda, hər hansısa bir cinayət işinin qaldırılması ilə bağlı da söhbət getməyib.

"Sadəcə bu formada spekulyasiyalarla Azərbaycanın mövqeyini zəiflətmək istəyirlər. Özləri isə terrorçuları, işğalçıları dəstəkləyirlər, onları himayə edirlər. Bu cür addımlarla fikri yayındırmağa, öz əməllərini ört-basdır etməyə çalışırlar. Belə qərəzli yanaşmalar Avropa Parlamentinin əsl simasını göstərir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR