Şriftin ölçüsü / 133 dəfə oxunub

Azərbaycan klubları UEFA-dan nə qədər qazanıb? - Məbləğlər

18 Yanvar 2019 [16:59]
Azərbaycan klubları UEFA-dan 20 milyon avro vəsait əldə edib.

Bu barədə Avropa futbol qurumunun 2017-ci ili əhatə edən hesabatında bildirilir. Azərbaycan bu göstərici ilə klubları avrokuboklarda əldə etdikləri nəticələrə görə ən çox pul qazanan ölkələrin "Top-20”də qərarlaşıb.

2016-cı illə müqayisədə, Azərbaycan klublarının UEFA-dan ümumi gəlirində 103 faiz artım olub ki, bu da "Qarabağ”ın ölkə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlıdır. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off və qrup mərhələsində çıxışına 16 milyon 819 min avro mükafat alıb.

Ümumilikdə isə 2017-ci ildə Avropa futbol qurumu tərəfindən Azərbaycan klublarına ayrılan pulun 91 faizi "Qarabağ”a çatıb. Hesabatda bildirilir ki, həmin dövrdə Odlar Yurdu təmsilçilərinin qazancının 59 faizini UEFA-dan gələn vəsait təşkil edib./Report.



SON XƏBƏRLƏR
09:06 19.02.2019
Bakıya qar yağır