Pezident yeni komissiya yaratdı, PA-nın şöbə müdiri sədr oldu - MN-lə bağlı hansı dəyişiklik

img

15-01-2019 [19:21]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmanın imzalanmasında məqsəd Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirməkdir.

Fərmana əsasən Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

Nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri

Komissiya sədrinin müavini

Mədəniyyət naziri

Komissiyanın üzvləri

Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Maliyyə nazirinin müavini

Təhsil nazirinin müavini

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

Fərmanda yeni yaradılan komissiyaya, eləcə də Nazirlər Kabinetinə, Maliyyə, Təhsil, Mədəniyyət, Ədliyyə nazirliklərinə, Başı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR