“Putin ildə bir-iki dəfə nağd puldan istifadə edir" - Peskov

img

15-01-2019 [14:18]


Rusiya Prezidenti Vladimir Putin bank kartı ("Rusiya”) vasitəsilə maaş və hərbi pensiya alır.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Putinin ildə bir neçə dəfə nağd puldan istifadə etdiyini də açıqlayıb:

"Putin ildə bir-iki dəfə nağd puldan istifadə edir. Məsələn, xizək sürmək üçün dağa gedəndə nağd puldan istifadə edir”.

O, Rusiya prezidentinin sensorlu telefonunun olmadığına da diqqət çəkib: "Həqiqətən də, dövlət başçısının smartfonu yoxdur. Bu, bir insanın nə qədər şəffaf fəaliyyət göstərdiyini göstərir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR