ƏƏSMN-in saxta məşğulluq proqramı: "Kim etiraz etsə, həmin insanı hədələyirdilər..." - VİDEO

img

15-01-2019 [12:38]


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası ilə bağlı daha bir şikayət var.

Unikal.org-a müraciət edən Sumqayıt şəhər sakini Elvin Vəliyev Dövlət Məşğulluq Xidmətinin vətəndaşlara ucuz və lazımsız avadanlıqlar verdiyini iddia edir.

Şikayətçi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqram üzərində oyun qurub:

"Bir başa Dövlət Məşğulluq Xidməti bu proqram vasitəsi ilə külli miqdarda vəsait mənimsəyir. Özünüməşğulluq proqramı çərçivəsində keçirilən təlimlərə qoşuldum. Təlimdə hər kəs özünə  uyğun biznes layihə təqdim edib, müdafiə etməli idi.Layihədə müəyyən avadanlıqlar var. Kim hansı biznes layihəsini qurmaq istəyirsə öz istəyinə uyğun avadanlıqlar istəyir. Amma Məşğulluq Xidməti formal şəkildə avadanlıqlar yazmışdılar. Kim etiraz etsə, həmin insanı hədələyirdilər ki, əgər belə etsəniz, siz layihədən uzaqlaşdırılacaqsız.

Məsələn mən istədiyim sacın və xəmirqarışdıran avadanlığın ümumi qiyməti 4500-5000 manat idi. Bunlar balaca evdə olan soba verirlər. 7 kq xəmiryuğuran avadanlıqlar verdilər. Hansı ki, əllə bundan çox xəmir yoğurmaq olar. Hansı ki, onun dəyəri 1500 manatdır. Mən götürmədim. Bununla gündə 7 manat qazanmaq olmaz. Başqa avtoyuma avadanlığı götürdüm. Onu da tam vermədilər. Kompressor yox idi, mən videosunu çəkmişəm. Onun da qiyməti 1500 manatı keçmir.

Bu layihə başlayan  kimi nazirlik "Aznest" firması yaradıb.Bütün bu proqramı da onlara həvalə edib. Həmin şirkətin yeri yoxdur, ünvanını belə gizlədirlər. Elə bir sistem yaradıblar ki, kim razılaşmasa onlara avadanlıqlar verilmir. Onlar özünəməşğulluqla bağlı hazırlıqlarda olmayan adamlara da avadanlıqlar verirlər. Ancaq öz yaxın adamlarının adına heyvanlar, avadanlıqlar rəsmiləşdirirlər.

Yazılan məbləğlə avadanlıqların qiymətində böyük fərq var. Mən işsiz kimi qeydiyyata düşə bilmədim, ünvanlı sosial yardım vermədilər. Mən də məcbur qalıb ölkəni tərk etdim. 

Çox təəssüf edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab prezidentin vətəndaşların dolanışığını yaxşılaşdırmaq üçün atdığı addımdan sui istifadə edir. Onlar bu layihəni icra etməkdən daha çox külli miqdarda vəsait mənimsəməyi düşünürlər".





Digər xəbərlər
SON XƏBƏRLƏR