Kimlər rektor ola bilər? - Dosentdən şərh

img

15-01-2019 [10:38]


Dövlət Neft və Sənaye Universitetinin dosenti Teyyub Qənioğlu rektorlarla bağlı dəyişikliyə münasibət bildirib.

O, mia.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” 10 dekabr 2018-ci ildə imzaladığı Fərmana uyğun olaraq dövlət ali təhsil müəssisəsində rektorların 5 il müddətinə təyin edilməsi nəzərdə tutulur: 

"Hazırda bu Fərmana uyğun olaraq rektorların yeni vəzifəyə hansı qaydada seçiləcəyi müzakirə mövzusudur. Bu iki qaydada ola bilər: ya indiki kimi Prezident tərəfindən, ya da sonradan Prezidentin təsdiq etməsi şərti ilə, ali təhsil müəssisələri daxilində seçki yolu ilə.

Fikrimcə, ikinci variant daha məqsədəuyğundur. Bu variant seçilərsə, onu da iki yolla reallaşdırmaq mümkündür: birinci variantda- rektor ali məktəbin Elmi Şurasının üzvüləri tərəfindən, ikinci variantda - ali məktəbin professor-müəllim heyəti tərəfindən ümumi səsvermə yolu ilə seçilir. 

Birinci variantın tətbiqi demokratik hesab edilə bilməz, çünki gələcəyini fikirləşən rektor Elmi Şuraya "lazımlı adamları” təyin edəcək. Bu halda da ikinci variantın seçilməsi məqsədəuyğundur, o, daha demokratik və şəffaf ola bilər və rektorları öz fəaliyyətlərində qanunlara əsaslanmağa və kollektivin rəyini nəzərə almağa sövq edər".


Digər xəbərlər
SON XƏBƏRLƏR