Ramil Usubovdan iki generalla bağlı təyinat - DİN-də dəyişiklik

img

15-01-2019 [10:02]


Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Mia.az Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən Unikal.org-a təsdiqləyiblər.

Xatırladaq ki, S. Bağırov Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini təyin olunmazdan əvvəl də Əlahiddə Çevik Polis Alayının komandiri olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub