Rufiz Qonaqov Qazaxıstan səfiri ilə müzakirə apardı: "Xəzər sülh, sabitlik və əməkdaşlıq dənizi kimi..."

img

14-01-2019 [20:28]


QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Beybit İssabayev Oksikbay Ulu ilə Qazaxıstan səfirliyində görüşüb.

Mia.az xəbər verir ki, görüşdə Rufiz Qonaqov səfirə Mərkəz haqqında məlumat verərək fəaliyyət istiqamətləri haqqında danışıb.

Rufiz Qonaqov bildirib ki, Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir, və nəinki Cənubi Qafqazda gedən geosiyasi məsələləri tədqiq edir eyni zamanda türkdilli ölkələrin siyasi, xarici məsələlərini yaxından izləyir.

"Azərbaycanla Qazaxıstan Respublikasının əlaqələri günü-gündən inkişaf edir”, - deyən R.Qonaqov bildirib ki, ötən ilin avqustunda imzalanan Xəzər dənizi statusu ilə bağlı konvensiya Xəzəryanı ölkələri bir-biri ilə əməkdaşlığa səsləyən bir konvensiya kimi yadda qaldı: "Xəzəryanı ölkələr qrupuna daxil olan Qazaxıstanın bu konvensiyanı imzalaması isə onun digər ölkələrlə, eləcə də türkdilli ölkələrlə əməkdaşlığa açıq olduğunu vurğulayan bir addım oldu. Bu konvensiya ilə Xəzər sülh, sabitlik və əməkdaşlıq dənizi kimi, Xəzəryanı ölkələrin ortaq əməkdaşlıq platformasına çevrildi”.

Qeyd edək ki, görüşdə geniş əməkdaşlığın yaranması və davam etdirilməsi istiqamətində müzakirələr aparılıb. Səfir Beybit İssabayev bildirib ki, bundan sonra Qazaxıstan səfirliyi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi ilə sıx əməkdaşlıq edəcək və dostluq, qardaşlıq münasibətlərini davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR