"Görünür, Tahir Kərimli və Milli Məclisə təyin olunan deputatlar..." - Partiya sədrindən təpki

img

14-01-2019 [16:50]


"Tahir Kərimli mövzu tapmır, gündəmə gəlməkdən ötrü çabalayır”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Tahir Kərimlinin ayların adının dəyişdirilməsinə münasibət bildirərkən deyib. H.Hacıyev T.Kərimlinin baş qatdığını bildirib:

"Görünür, Tahir Kərimli və Milli Məclisə təyin olunan deputatlar Azərbaycanın bütün problemlərini həll ediblər və indi də ayların adlarının dəyişilməsi məsələsi qalıb. T.Kərimli mövzu tapmır, gündəmə gəlməkdən ötrü çabalayır. Çox təəssüf edirəm ki, o, heç olmasa bir dəfə ölkədə yaranan problemlərlə, şəhid ailələrinin sığorta pullarının verilməməsi ilə bağlı çıxış etməyib və yanında oturan Hadı Rəcəbliyə pensiyaların artmasıyla bağlı sual verməyib. Tahir Kərimliyə sual verirəm ki, siz deputatlar 2 min manatla dolana bilmirsinizsə, müəllimlər, həkimlər 250-300 manatla necə dolansınlar?!

Azərbaycan dünyaya inteqrasiya olunan ölkədir, Avropa Şurasının, BMT-nin üzvüdür, bizim xaricdə yaşayan soydaşlarımız da var və Tahir Kərimlinin arzusunu yerinə yetirib ayların adını dəyişsək, bu onlar üçün anlaşılmaz olacaq. Ona görə də T.Kərimli baş qatmaqla məşğul olmasın, yekə oğlandır, ayıbdır. Azərbaycanı Ali Məhkəmədə işlədiyi dövrə gətirib çıxarmasın. Bizim o qədər milli problemlərimiz var. Dağlıq Qarabağ problemini həll edək və paytaxtı Xankəndinə köçürək. Qeyrətləri varsa, bunu desinlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR