Pensiya və məvaciblər ödənilməyib? - Ekspertdən hökumətə mesaj

img

14-01-2019 [16:42]


"Dövlət pensiya və məvaciblərin ödənilməsini gecikdirir, özəl bölmə ixtisarlara başlayır".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu irəli sürüb. 

O bildirib ki, 2019-cu ilin başlanğıcından görsənir ki, bu il iqtisadi vəziyyət heç də asan olmayacaq: 

"Cari ilin dövlət və sosial müdafiə fondunun büdcəsinə görə, hər ay büdcə sferasında çalışanların əməyinin ödənilməsi 396 milyon manat, pensiyaların verilməsi üçün ayda 300 milyon vəsait lazım olacaq. Lakin, ilin ilk ayının yarısına çatsaq da, hələ də pensiya və məvaciblər ödənilməyib. Bu daha çox yanvar ayı ərzində büdcə və sosial sığorta fonduna daxilolmaların ləngiməsi ilə əlaqədar ola bilər. Amma əvvəlki praktikadan çıxış etsək, əlaqədar orqanlar və maliyyə institutları tərəfindən yığılmış vəsaitlərin dövriyyə buraxılması və ondan faiz gəlirləri əldə edilməsi səbəbindən gecikdirilməsi də istisna olunmur.

Vergi qanunvericiliyində son dəyişikliklərin tətbiqi ilə əlaqədar olaraq, bəzi özəl şirkətlərdə iş yerlərinin ixtisar olunması ilə bağlı məlumatlar yayılır. Çünki Nazirlər Kabinetinin "Mıkro, kiçik, orta və iri sahibkarlıq meyarlarına dair" qərarı vergi güzəştləri əldə etmək niyyətində olan sahibkarları işçilərinin sayını azaltmağa sövq edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR