Xeyrəddin Qocadan "Bulvar"a rəis müavini təyin olunacağı xəbərinə reaksiya: "...əlacsızlıqdan müdir də olaram"

img

14-01-2019 [16:14]


Xəbər verildiyi kimi, Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib. Universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.

Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.
N.Məcidov xəbəri təsdiqləyib: "Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, Nazim Məcidovun indiyə qədər tutduğu vəzifə də uzun müddət vakant qalmayacaq. Onun yerinə 1997-2002-ci illərdə Azərbaycanın İstanbuldakı sabiq konsulu işləmiş Xeyrəddin Qocanın təyinat alacağı ilə bağlı söhbətlər dolaşır.

Xeyrəddin Qoca Azinforum.az-ın əməkdaşı ilə söhbətində bu məlumatın haradan qaynaqlandığı haqda məlumatız olduğunu dedi: "Mən bu məsələyə bir qədər yumorla cavab vermək istərdim. Dənizin havası gözəldir və mən bu havanı çox sevirəm. Ora mənim üçün həm də istirahət yeri ola bilər. Əlacsızlıqdan müdir müavini vəzifəsinə göndərsələr, gedərəm.  Yəqin ki, müdir yeri boşalanda, əlacsızlıqdan müdir də olaram. Bu qədər!”

Digər xəbərlər
SON XƏBƏRLƏR