Bakıda oteldə yanğın - Müstərilər təxliyə olundu

img

13-01-2019 [10:20]


Bakıda yanğın qeydə alınıb.

Mia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın saat 22:36-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR