ADU-nun mətbuat katibi "Erasmus" proqramı ilə bağlı iddialara cavab verdi: "Hər kəsə iştirak üçün imkan yaradılır"

img

12-01-2019 [18:47]


Son günlərdə Azərbaycan Dillər Universitetində (ADU) Avropa İttifaqının təhsil proqramlarından biri olan "Erasmus" proqramının icrası ilə bağlı Mia.az-a ardıcıl şiakyət məzminlu anonim məktublar ünvanlanır.

Bu və ya digər məqamlarla bağlı ADU-nun mətbuat katibi Ağa Cəfərli Mia.az-a açıqlamasında bildirib ki, iddiaların heç bir əsası yoxdur: 

"Bu gün Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri genişlənir. Beynəlxalq Əlaqələr departamentin uğurlu fəaliyyəti nəticəsində son yarım il ərzində tələbə və müəllim mübadiləsinə dair imzalanmış müqavilələrin sırasında Fransanın Bordo və de Royen, İspaniyanın Kadis,  Rumıniyanın Piteşt və Suçeava, İtaliyanın Kafoskari,  Türkiyənin Cümhuriyyət və Alanya universitetləri olmuşdur. Əvvəlki illərdən fərqli olaraq, ilk dəfədir ki, bu kimi layihələr Universitetin rəsmi FB səhifəsində elan olunur və hər kəsə iştirak üçün imkan yaradılır". 

ADU rəsmisi deyib ki, İspaniyanın Mursiya Universitetindən fərqli olaraq, ilkin tələbə seçimi Kadis Universiteti tərəfindən ADU-ya həvalə olunub: "Qeyd olunmalıdır ki, Mursiya Universiteti tələbələri özü seçir və ADU bu prosesə müdaxilə etmir. Tələbələrimiz sənədləri onlayn qaydada göndərir. Qaldırılan məsələ ilə bağlı  Universitetimizə tələbələrimiz tərəfindən bir neçə müraciət daxil olmuşdur. Problemləri aradan qaldırmaq, o cümlədən seçim prosesinin daha da şəffaf aparılması üçün tərəfimizdən müsahibələrin keçrilməsi Mursiya Universitetinə təklif olunmuşdur. Əfsuslar olsun ki, AB-yi müsahibənin keçirilməsini tələb kimi qoymadığını əsas gətirərk təklifmiz Mursiya Universiteti tərəfindən qəbul olunmamışdır.
 
Kadis Universitetinə gəldikdə, şəffaflığın təmin olunması üçün açılan proqram üzrə elan dərhal Universitetin rəsmi FB səhifəsində yerləşdirilmişdir. Bütün müraciət edən tələbələr üçün tərəfimizdən ingilis dili üzrə pulsuz sertifikat imtahanları (Outcomes Placement Test Package) təşkil olunmuşdur. Həmin imtahanların protokolları mövcuddur. İspan dili üzrə imtahanlara müraciət edənlər üçün Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası tərəfindən eyni qaydada imtahanlar  təşkil olunmuşdur. Seçim qaydaları ilə bağlı eyni zamanda Erasmusun Milli ofisi ilə də məsləhətləşmələr aparılmışdır".

ADU sözçüsü xatırladıb ki, "Sabah" qrupları və bütün fakültələrin bakalavr və magistr tələbələri bu proqramda iştirak ediblər: "İlkin mərhələdə göndərilən sənədlərə baxılmış, daha sonra isə ilkin mərhələdən keçmiş tələbələr müsahibəyə dəvət olunmuşdur. Etiraf etməliyik ki, tələbələr olduqca qüclü və bilikli olduğuna görə seçim prosesi çətin idi. Beynəlxalq departamentin əməkdaşları ilə yanaşı, prorektorlar, dekanlar, tədris departamentinin rəhbəri, müəllimlər də bu seçim prosesində iştirak etdi.

 Diqqətinizə çatdırmaq istərdik ki, seçim meyarları çoxdur və Avropa İttifaqının Erasmus+ proqramının tövsiyyələri nəzərə alınmışdır. Müsahibəyə dəvət olunan bütün tələbələrin siyahısı son qərar qəbul olunması üçün Kadis Universitetinə göndərilmişdir. Tələbələrə seçildikləri barədə xəbəri də məhz Kadis Universitetinin Erasmus proqramı üzrə ofisi göndərmişdir".

Ağa Cəfərlinin sözlərinə görə, hazırda ADU-nun biri magistr, digəri isə bakalavr olan iki çox güclü tələbəsi Kadis Universitetinə dəvət alıb: "Onlar sənədlərinin rəsmiləşdirilməsi ilə məşğuldur. Sözügedən universitetlə əməkdaşlığımız uğurla davam edir və 2019/2020-ci tədris ili üzrə tələbələrimiz üçün artıq bir neçə yer ayrılmışdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR