12-01-2019 [18:30]
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Mehman Hüseynovla bağlı hüquq-mühafizə orqanlarına və beynəlxalq təşkilatlara müraciət edib.
Mia.az -a daxil olan müraciətdə deyilir:
"Son günlər yerli və xarici mətbuatda Mehman Hüseynovla bağlı gedən yazıları və bəzi beynəlxalq qurumların bəyanatlarını təhlil edərək belə bir qənaətə gəlmək olar ki, bir çox hallarda məsələyə verilən reaksiya adekvat deyil və hiss olunur ki, baş verənlərin mahiyyəti bilərəkdən təhrif edilir. Bu isə ciddi narahatçılıq doğurur, eyni zamanda yerli və beynəlxalq ictimaiyyəti çaşdırır və əsil həqiqətin nədən ibarət olduğu haqqında məlumat əldə etmək imkanını məhdudlaşdırır.
Məni narahat edən əsas məqamlardan biri də xarici mətbuatda Mehman Hüseynova yeni cinayət işinin açıldığı və ona daha 7 il həbs cəzası veriləcəyi, bu səbəbdən də o, quru aclıq aksiyasına başladığına görə həyatını itirmək təhlükəsi ilə üz-üzə qaldığı haqda həqiqətə uyğun olmayan məlumatların dərc edilməsidir.
ATƏT PA-nın vitse-prezidenti kimi Mehman Hüseynovla bağlı yaranmış vəziyyət məni ciddi narahat etdiyindən, onun haqqında gedən məlumatların həqiqiliyini araşdırmaq, ona qarşı irəli sürülmüş yeni ittihamın mahiyyətini öyrənmək və onun sağlıq durumu haqqında dəqiq məlumat əldə etmək üçün aidiyyatı qurumlarla məsələni müzakirə etdim və bəzi suallara aydınlıq gətriməyə çalışdım.
Əldə olunan məlumata görə, Mehman Hüseynovla həbsxana məmuru arasında baş vermiş hadisə araşdırılması üçün prokurorluq orqanlarına göndərilib. Baş vermiş insident obyektiv və ədalətli şəkildə araşdırılır və proses yekunlaşdıqdan sonra onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Mehman Hüseynovun səhhətinin ağır və ya az qala ölümcül vəziyyətdə olması haqqında bəzi beynəlxalq təşkilatların bəyanatlarında və xarici mediada gedən yazılara gəldikdə isə, onu deməliyəm ki, bu məlumatların da heç birinin əsası yoxdur. Rəsmi açıqlamalardan da bəlli olur ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir, onun səhhəti normaldır və ona qarşı hər hansı bir ayri-seçkiliyə, təzyiqə və ya qanundan kənar hərəkətlərə yol verilmir. Bu faktlar onu həbsxanada ziyarət edən Azərbaycan Respublikası Ombudsmanın nümayəndəsinin, hüquq müdafiə təşkilatlarının, xarici ölkə səfirliklərinin və eyni zamanda Mehman Hüseynovun özünün yaydığı açıqlamalarda da öz əksini tapmışdır.
Ümid edirəm ki, Mehman Hüseynovun hüquqları qanunvericilik çərçivəsində tam olaraq qorunacaq, eyni zamanda bu mövzu ətrafında bundan sonra siyasi manipulyasiyalara yol verilməyəcəkdir.
Sonda isə hüquq mühafizə orqanlarını Mehman Hüseynovla bağlı baş vermiş insidenti obyektiv və ədalətli araşdırmağa, beynəlxalq təşkilatları, səfirlikləri, yerli və xarici mediyanı isə məsələnin mahiyyətini tam bilmədən ona tələsik və birtərəfli reaksiya verməməyə və araşdırmaların nəticələrini gözləməyə çağırıram!".
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub