Gömrük Komitəsinin daha iki vəzifəli əməkdaşı qandallandı - İki qurum birgə açıqlama yaydı

img

12-01-2019 [17:44]


Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxsləri həbs olunub.  

Dövlət Gömrük Komitəsinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən Mia.az-a daxil olan birgə məlumata görə, müxtəlif şəxslərin adlarına "Camex” daşıma şirkəti vasitəsi ilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib:

"Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılmış ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə edilərək aldatma yolu ilə, Azərbaycan Respublikasının gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1(qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gönədərilib.

Baş İdarədə aparılmış istintaqla Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni "Camex” və "Mover” məhdud məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda "Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manatolmaqla cəmi 18 min manat, habelə "Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manatolmaqla, cəmi 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün sonuncu vasitəsilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edildiyindən İ.Abdullayev və R.Rzayevə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR