Bakıda falçı qadın saxlanıldı - FOTO

img

12-01-2019 [11:25]


Fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.

Mia.az DİN-ə istinadən xəəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan bir qadın Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edərək 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin  ondan fala baxmaq adı ilə ümumilikdə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib:

"Məlumat daxil olan kimi 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb. Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etira edib. Onun barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib".

DİN hənin qadının fotosunu da paylaşaraq, onun  fala baxmaq adı ilə digər şəxsləri aldatdığını da istisna etməyib: "Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR