ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Ekspert AAK-ı və bu elmlər doktorlarını topa tutdu: "Böyük biabırçılıqdır" - SİYAHI - mia.az
Şriftin ölçüsü / 275 dəfə oxunub

Ekspert AAK-ı və bu elmlər doktorlarını topa tutdu: "Böyük biabırçılıqdır" - SİYAHI

11 Yanvar 2019 [16:47]
Ali Attestasiya Komissiyasının 2018-ci il tarix üzrə elmlər doktoru elmi dərəcəsi üzrə 10 dissertasiya müdafiə olunub.

Bu barədə təhsil məsələləri üzrə ekspert Etibar Əliyev sosial şəbəkədə yazıb.

O bildirib ki, dissertasiyaların hamısı XIX-XX əsr tariximizin öyrənilməsi ilə bağlıdır: "Bütün doktorluq dissertasiyaları eyni dövrlərdən yazılıb. Qədim və orta əsrlər tarixi, tarixin fəlsəfəsi tədqiq olunub qurtarıb ki? Nə yaxşı ki, Cümhuriyyət dövrü var imiş, yoxsa tarix üzrə elmlər doktorları barmaqla göstəriləsi sayda olardı. Bu dövrü də 2-3 tarixçi istisna olmaqla normal öyrənib tədqiq edə bilməyiblər. Bu da böyük biabırçılıqdır. Adamlar bütün dünyada tarixlə bağlı yazılan elmi işlərə də baxmırlar, heç olmasa görsünlər ki, tarixi tədqiqatlar daha çox hansı istiqamətlərdə aparılır. Fənlərarası yanaşma isə bizdə bütün elmlərə yad olan paradiqmadır”.

 "Qafqazinfo” Komissiyanın saytında statistik göstəricələrə nəzər salıb və məsələni bir daha araşdırıb. Bu məqsədlə də dissertasiyaların hansı mövzularda və kimlər tərəfindən yazıldığını təqdim edirik:

"Ermənistanın Azərbaycana təcavüzü geosiyasi maraqların toqquşması kontekstində”-  Emin Arif oğlu Şixəliyev; 

"Azərbaycan SSR-də Sovet nomenklaturası: Hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illər)-Aslan Xası oğlu Xəlilov;

"Azərbaycan İrəvan bölgəsi XIX və XX əsrin əvvəllərində”- İbrahim Feyzulla oğlu Kazımbəyli;

"XX əsr Azərbaycan tarix məsələləri İran tarixşünaslığında”- Eynulla Yadulla oğlu Mədətli; 

"Azərbaycan Respublikasında gömrük işinin təşkili və inkişaf tarixi ( 1991-2001-ci illər) – Röfət Əli oğlu Quliyev;

"XVIII və XX əsr əvvəllərində Naxçıvan diyarında sənətkarlıq və ticarət”-  Vidadi Aydın oğlu Muradov;

"Şimali Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının tarixşünaslığı”- Vaqif Şirin oğlu Abışov;

"Böyük İpək yolunun bərpası siyasəti və Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişaf perspektivləri ( 1991-2005- ci illər)- Hakim Vəlican oğlu İsakov;

"Azərbaycan SSR-nin ictimai-siyasi tarixinin sovet tarixşünaslığı (1946-1990- cı illər)- Məhhərəm Paşa oğlu Zülfiqarlı; 

"XIX -XX əsrin əvvəllərində Təbriz şəhərinin mədəni irsi” ( tarixi-etnoqrafik tədqiqat)- İlhamə Gülbala qızı Məmmədova;



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR