"Fənərbaxça" Soldadonu satdı - 5 milyon avroya

img

11-01-2019 [15:05]


"Fənərbaxça"nın futbolçusu Roberto Soldado karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"Fanatik"in yaydığı xəbərə görə, İstanbul klubu 33 yaşlı hücumçunu "Əl-Sabab"a satıb. "Fənər"in transfer qarılığında 5 milyon avro qazandığı bildirilir.

Qeyd edək ki, 2017-ci ilin yayından "Fənərbaxça"da çıxış edən futbolçunun müqaviləsi mövsümün sonuna qədər idi. İspaniya millisinin sabiq üzvü bu mövsüm Superliqada 7 oyuna çıxıb və qol vura bilməyib/Qol.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR