Bakı-Sumqayıt sürət qatarı iki gün işləməyəcək - Səbəb

img

11-01-2019 [10:21]


Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti təmirlə əlaqədar ikigünlük ləğv ediləcək. 

Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12-13-ü tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR