Sahil Babayev Səlim Müslümovun qohumuna yüksək vəzifə verdi - ƏƏSMN-də dəyişiklik

img

10-01-2019 [21:17]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun qohumunun vəzifəsini yüksəldib.

Bu barədə Mia.az-a nazirlikdən verilən məlumata görə, nazirin əmri ilə Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Qocayev Sabir Nazir oğlu bu şöbənin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Sahil Babayev nazir təyin olunduqdan sonra, daha dəqiqi, ötən ilin may ayından həmin vəzifəni Sabir Qocayev icra edirdi.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Sabir Qocayev sabiq nazir Səlim Müslümovun qohumdur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR