Yəməndə hərbi parada hücum olub: 6 hərbçi ölüb, 20-si yaralanıb

img

10-01-2019 [17:24]


Yəmənin Lahic şəhərindəki Əl-Aned hərbi bazasında paradın Pilotsuz uçan aparatla (PUA) vurulması nəticəsində 6 hərbçi ölüb, 20-yə yaxın hərbçi isə yaralanıb.

"Report” "xəbər verir ki, bu məlumatı "Sky News Arabia” telekanalı yayıb.

Bildirilib ki, yaralananlar arasında Lahic əyalətinin qubernatoru Əhməd Abdulla ət-Turki və 4-cü hərbi dairənin komandanı general-mayor Məhəmməd Saleh Tammah, paradı işıqlandıran jurnalistlər də var.

Parada hücumu qiyamçı husilər edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR