warez script warez forum sanal santral orkide hacklink al shell indir mavi orkide PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir
Şriftin ölçüsü / 132 dəfə oxunub

Kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya aparılır - Gürcüstandakı qripə görə

10 Yanvar 2019 [16:49]
Gürcüstanda insanlar arasında "donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin yayılmasını nəzərə alaraq onun ölkəmizə keçməsinin qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır.

Xidmətdən Mia.az-a verilən məlumata görə, həmçinin Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.

Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir. Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında "donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.


SON XƏBƏRLƏR
13:41 26.03.2019
17 dərəcə isti olacaq