Türkiyə çətənə əkinini genişləndirir: "Bu, bizim önümüzü açacaq..."

img

10-01-2019 [14:58]


Türkiyə narkotik vasitə kimi istifadə edildiyi üçün dünyanın çox ölkəsində əkilməsi və istehsalı qadağan edilən çətənə (kənaf) kolunun kütləvi istehsalına hazırlaşır.

Habertütk xəbər verir ki, 2016-cı ildən Türkiyədə bu narkotik tərkibli bitki məhdud formada istehsal olunur: "Türkiyədə çətənə kolu əkininə 19 rayonda - Amasya, Antaliya, Burdur, Bartın, Çorum, İzmir, Karabük, Kastamonu, Kayseri, Kütahya, Malatya, Ordu, Rizə, Samsun, Sinop, Tokat, Uşak, Yozqat və Zonguldak başda olmaqla, 19 şəhərdə rəsmən icazə verib. Dünyada isə bu bitkini sərbəst şəkildə əkib becərən 36 ölkə var. Rəsmi məlumata görə, çətənənin illik 4 milyard dollara yaxın bazarı var.  Çox yaxın illərdə isə bu bazar 3-5 dəfə genişlənəcək".

Çətənə kolundan əldə edilən məhsullar üzərində araşdırma aparan Türkiyəli professor Səlim Aytac deyir ki, hazırda bu narkotik tərkibli bitkidən 3 min fərqli məhsulun istehsalında istifadə olunur: "Biz Türkiyə olaraq, bundan narkotik təsirli olmayacaq məhsul istehsal edərsək, Türkiyənin önü açılacaq.  Çətənədən dərman, kağız, yanacaq, avtomobil və sair sahələrdə geniş istifadə olunursa, biz niyə kənarda qalaq ki?".

Professor deyib ki, 2017-ci ildə Türkiyə 100 min tona yaxın çətənə istehsal edərək, satıb: "2018-də isə valyuta bazarında yaranan xaosa görə bu sahədə xeyli geriləmə yaşadıq. Eyni zamanda, daxili tələbatımızı ödəyə bilmədik, xaricdən almağa məcbur qaldıq".

Türkiyə Kənd Təsərrüfatı (Tarım) Nazirliyindən isə bildirilib ki, çətənə kollarının əkin sahələrinin genişləndirilməsi üçün yeni layihə hazırlanıb və tədricən sınaqdan keçirilir/Strateq.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR