Tramp demokratların liderləri ilə görüşü yarımçıq tərk edib: "Ona sual verdim ki..."

img

10-01-2019 [11:55]


ABŞ Prezidenti Donald Tramp yeni büdcənin qəbul edilməsinə maneə olan sərhədlərin təhlükəsizliyi mövzusunda Demokratlar Partiyasının Konqresdəki liderləri ilə görüşün vaxt itkisi olduğunu bildirib.

Bu barədə D.Tramp "Twitter" hesabında yazıb.

"Elə indi Çak (Şumer) və Nensi (Pelosi) ilə görüşdən çıxdım, tamamilə vaxt itkisi idi. Onlardan hər şeyə (federal qurumların bir qisminin işinin dayandırılmasına) qısa zamanda son qoyacağım halda, 30 gündən sonra nə olacağını soruşdum. Divar və ya polad maneəni özündə ehtiva edən sərhədlərdə təhlükəsizlik haqqında qanun layihəsini təsdiqləyib-təsdiqləməyəcəklərini sual verdim. Nensi "Yox" dedi. Mən isə cavabında "Hələlik" söylədim, artıq heç nə işləmir!", - ABŞ Prezidenti yazıb.

Demokratların Senatdakı lideri Çak Şumer də Trampın tvitini təsdiqləyərək görüşün qısa olduğunu bildirib: "Təəssüf ki, prezident sadəcə, qalxıb getdi. O, spiker Pelosiden "Mənim divarımla razısınızmı?" deyə soruşdu. "Xeyr" cavabını alandan sonra isə ayağa qalxıb dedi: "O zaman müzakirə ediləsi heç nə yoxdur və getdi".

Xatırladaq ki, növbəti ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib.

D.Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı büdcəni təsdiqləməyəcəyini açıqladığı halda, müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək razılıq vermək niyyətində deyillər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR