Balaca uşaqlara siqaret satan satıcılar cərimələndi - Polis əməliyyatı

img

10-01-2019 [11:03]


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakının Nizami rayonu ərazisində növbəti reyd keçirib.

Mia.az DİN-ə istinadən bildirir ki, reydlər nəticəsində Q.Qarayev prospektində, R.Rüstəmov və M.Abbasov küçələrində yerləşən mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR