Şriftin ölçüsü / 211 dəfə oxunub

"Onlar bu yolla dünyanı Azərbaycana qarşı qaldırmağa çalışırlar" - Partiya sədri

09 Yanvar 2019 [19:11]
Xəbər verdiyimiz kimi, həbsdə olan bloger Mehman Hüseynovun aclıq aksiyası keçirməsi, səhhətinin pis olması barədə ilə bağlı iddialar səsləndirilir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Mehman Hüseynov məsələsinin bu qədər şişirdilib, "müxalifətin əlinə yem verilməsi"nin tamamilə əleyhinədir:

"Azərbaycanda xarici kəşfiyyata işləyən, dirijor çubuğu ilə idarə edilən Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılının əlinə fakt verməyə gərək yox idi. Mehman Hüseynovun həbs müddətinin uzadılması ölkə daxili satqınların əlinə pas verməkdir. Bunu edənlər cənab prezidentimiz İlham Əliyevə olan növbəti təzyiqdir. Avropada və Amerikada nüfuzumuzun qalxdığını görüb Mehman Hüseynovu ortaya atdılar. Bu, Azərbaycanı gözü götürməyənlərin növbəti oyunudur. Bu gün özünü dədə müxalifəti adlandıran, satqınlar bundan böyük şou yaratmaq istəyirlər. Düşünürəm ki, Azərbaycan hökuməti buna son qoymalıdır. Mehman Hüseynov kimi bir avara nə edə bilər. Sadəcə hökuməti talayanların villasını çəkib cənab prezidentimizə göstərə bilər. Müxalifətin Mehmanı qəhrəman obrazına salması da müvəqqətidir. Bu, müxalifətçilər tərəfindən əvvəlcədən hazırlanan oyundur. Düşünürəm ki, mənim qardaşım, cənab prezidentimiz bu məsələ ilə bağlı ciddi tədbir görəcək. Mən Azərbaycanda Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimilərin və ermənilərin əlinə bu cür fürsət verilməsininin əleyhinəyəm”.

Hafiz Hacıyev iddia edib ki, vəkil vasitəsi ilə M.Hüseynova çöldən məlumatlar gedir ki, aclığı dayandırmasın:

"Mehman Hüseynov kimdir ki, ölkədə təxribat törətsin. Onu azadlığa buraxaq, əgər yenidən işlərinə davam etsə, onda dərhal həbs edilsin. Mehman Hüseynovun 60-70 kiloqram çəkisi var. O, haranın küçüyüdür ki, ölkəmizə qarşı təxribat etsin. Məndə olan məlumata görə, ermənilərə işləyən satqın müxalifətçilər çalışırlar ki, Mehman həbsxanada ölsün. Onlar bu yolla dünyanı Azərbaycana qarşı qaldırmağa çalışırlar. Vəkil vasitəsi ilə ona çöldən məlumatlar gedir ki, sən aclığı dayandırma. Hələ zəhər iç, özünü öldür ki, biz hakimiyyəti biabır edək. Mən istəyirəm ki, əziz qardaşım, cənab prezidentimiz İlham Əliyev bu qərarı dəyişsin. Mən özüm də ciddi şəkildə bu məsələ ilə məşğul olacam. Əli Kərimli, Cəmil Həsənli , Arif Hacılı və Mehman Hüseynov kimdir ölməmizə qarşı təxribat törətsinlər. Onlar sadəcə 25 ildir ki, boş-boş danışmaqla məşğuldur”.

Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.




SON XƏBƏRLƏR