Bakı meriyası "Müsavat"a icazə vermədi - Mitinqlə bağlı qərar

img

09-01-2019 [18:32]


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yanvarın 12-də keçirmək istədiyi mitinqə icazə verməyib.

Bu barədə Partiyadan Mia.az-a verilən məlumata görə, heç bir əsaslı səbəb göstərmədən siyasi məhbuslarla bağlı mitinqin keçirilməsini də məqsədəuyğun hesab etməyib: "Müsavat Partiyası Mehman Hüseynovun və bütün siyasi məhbusların azadlığa buraxılması tələbi ilə Bakı şəhərində mitinq keçirilməsi barədə Bakı Şəhər  İcra Hakimiyyətinə müraciət göndərib. Bakı Şəhər İcra Hakimiyyəti heç bir əsaslı səbəb göstərmədən bu mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib”.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyətinin bu qərarının "Sərbəst toplaşma azadlığı haqqında” qanunun tələblərinə zidd olduğunu bildirib.

Xatırladaq ki, Müsavat Partiyası yanvarın 6-da "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə yanvarın 12-də mitinq keçirmək barədə qərar qəbul etmişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR