“Brent” neftinin qiyməti 60 dollara yüksəlib

09-01-2019 [14:28]
 Bu gün "Brent” markalı xam neftin qiyməti 60 dollar/barelə yüksəlib.

Mia.az "Report”a istinadən xəbər verir ki, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 2,2% artaraq 60,01 dollar/barel olub.

"Brent”neftinin qiyməti sonuncu dəfə dekabrın 17-də 60 dolları keçmişdi.

WTI neftinin fevral fyuçersləri 2,17% bahalaşaraq bir barel üçün 50,86 dollar təşkil edib.


SON XƏBƏRLƏR