Ramil Usubov Bakıda 4 pols rəisi işdən azad edib? - DİN-dən reaksiya

img

08-01-2019 [17:15]


Daxili İşlər Nazirliyi Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılmasına münasibət bildirib.

DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon Polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadırlar.

***

Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Binəqdi Rayon Poli İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR