08-01-2019 [10:43]
Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb.
Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb.
Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.
Mia.az xəbər verir ki, unun qiymətinin artmasını "Yeni Müsavat”a danışan çörək istehsalçıları da təsdiqləyiblər.
Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə 27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirib: "50 kiloqramlıq ”Mehriban” unu 27 manatdan 28.50 manata qalxdı, "Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. "Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu”.
"Gilan Holdinq №1″ çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov da təsdiqləyib ki, unun qiymətində son aylar bahalaşma var: ”Bu da bizim işimizə birbaşa təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük”.
Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında ölkəmizə 992 353.87 ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.
Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında 1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün 200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib. Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.
Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi. Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib