ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum AzTV-nin sehirli çubuğu, yaxud səfirə ünvanlanan "xoş gördük" sözünə verilən əsəbi reaksiya: "Noolub ə, qaqaş?" - mia.az
Şriftin ölçüsü / 477 dəfə oxunub

AzTV-nin sehirli çubuğu, yaxud səfirə ünvanlanan "xoş gördük" sözünə verilən əsəbi reaksiya: "Noolub ə, qaqaş?"

27 Dekabr 2018 [16:41]

"Xoş gördük, cənab səfir” demişdik ki, Azər müəllim açıldı, nə açıldı… 

Bir anlıq yerimizdə donub qaldıq. Kənardan müdaxilə edib, jurnalisti itələməyə cəhd edən də tapıldı:

- Noolub ə, qaqaş? (Qaqaş ey…)

– Ay yoldaş, qaqaşın 43 yaşı var… Ümumiyyətlə, siz kimsiz?

Açığı əvvəlcə elə zənn etmişdik ki, bu adam səfirin mühafizəçisidir. O, Filarmoniyaya səfirlə bir yerdə gəlmişdi. Ətrafa göz gəzdirir, səfirin sərbəst hərəkət etməsi üçün yol açır, yaxınlaşıb görüşmək istəyənləri başdan-ayağa süzür… Qısası, davranışları, boy-buxunu və iti baxışları ilə tam bir "teloxranitel” təsəvvürü yaradırdı. Amma sən demə belə deyilmiş. "Siz kimsiniz” sualına cavab verməsə də, sonradan öyrəndik ki, bizim mühafizəçi zənn etdiyimiz adam, əslində diaspor fəalıymış - Nəcəf Əhmədov. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepr təşkilatına yenicə sədr seçiblər. Bunu öyrənəndə təəccübümüzü gizlətmədik. Səfirin yolunu açarkən, yanından ötüb keçənlərə az qala "sağa ver, saxla”- deyən bir adamı diaspor təşkilatının sədri kimi təsəvvür etmək çətin idi… Qərəz, harda qalmışdıq? Hə, cənab səfirin gözlənilməz reaksiyasında.

***

xudiyev

Diplomatlar adətən təmkinli olur, mübahisələrə getmir, nə baş verirsə versin, hər hansı emosiya nümayiş etdirmirlər. Amma Azər Xudiyev bunun tam əksini göstərdi. Nəzakətlə yaxınlaşıb, ona ünvanladığımız "salam”a verilən reaksiya, qısa və ümumiləşdirilmiş formada ifadə oluna biləcək, "salamınız başınıza dəysin” cavabına ekvivalent idi. Yəni belə desəydi, daha kəsə yol seçmiş olacaqdı…

- Cənab səfir, biz sizdən müsahibə almaq, son dövrlər müzakirə olunan məsələlər, səfirliyin fəaliyyəti və iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi barədə fikirlərinizi dinləmək istəyirik.

– Mən sizə müsahibə vermək istəmirəm!

- Axı niyə? Bunun bir səbəbi olmalıdır.

– Çünki siz Rəsul Quliyevin qəzetində işləmisiniz!

Bir anlıq sükut… Müsahibə verməməsinə səbəb kimi ciddi bir arqument səsləndirəcəyini gözlədiyimiz halda, səfirin "Hürriyyət” və "Bakı-Xəbər” qəzetlərinə işarə edərək, Rəsul Quliyevin adını çəkməsi inanılmaz idi. Bu, diplomat tərzi, diplomat cavabı deyildi…

- Cənab səfir, hamı nə vaxtsa haradasa işləyib. Bunun məsələyə nə aidiyyatı var?

Bu sualımızdan sonra cənab səfir başqa bir "arqument” irəli sürdü. Deyəsən köhnə iş yerimiz xüsusunda yalnışlığa yol verdiyini anlamışdı. Bu yerdə məşhur bir film yadımıza düşür. Daha doğrusu filmdən bir fraqment: "Штирлиц еще никогда не был так близок к провалу…”

– Mən araşdırmışam ki, barəmdə dərc olunan yazıların arxasında siz dayanmısız. O yazıların hamısını siz yazırsınız.

- Cənab səfir, nə danışırsınız? Biz bunu niyə edək ki? Kiyevdə mətbuat konfransı keçirilir, barənizdə fikirlər səsləndirilir, bunu da Azərbaycanda əksər saytlar yayımlayırlar. Biz hələ indi hazırlaşırıq ki, barənizdə yazaq, müsahibə alaq, deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirək, amma siz buna imkan vermirsiz…

Bir qədər fikirə gedir. Düşünürük ki, cənab səfir suallarımıza cavab verməyə, nəhayət, razılaşacaq. Amma yox, yenə razılaşmır və niyə belə elədiyini yeni bir "arqumetlə” əsaslandırmağa çalışır:

– Niyə Tələt Əliyevlə görüşmüsüz?

(Sabiq səfir Tələt Əliyevlə bir gün əvvəl görüşmüş və bunu əks etdirən fotonu Facebook səhifəmizdə yaymışdıq. Səhəfəmizin belə maraqla izlənilməsi sevindirici hal idi – N.D)

telet

- Tələt Əliyev ermənidir? Uzun illər ölkəmizin Ukraynada səfiri olub. Kiyevdə mətbuat konfransı keçirib, müəyyən bəyanatlar verib. Görüşdük və bəzi suallara cavab istədik…

Səsini bir qədər qaldırır:

– Baxarsız, iki-üç günə onu tutacaqlar. Korrupsiya aparacaq onu.

- Cənab səfir, tuturlar tutsunlar, tutmurlar tutmasınlar. Tutacaqlarsa, yazacağıq ki, tutdular. Biz sadəcə məsələnin mahiyyətini araşdırmağa çalışırıq. Tələt Əliyevdən bizə nə?

Səfirdən səs çıxmır. Bayaqdan emosiyaya qapılmış hörmətli diplomatımız, üzünü çevirərək bizdən aralanır və bununla da ondan müsahibə almaq arzumuzu gözümüzdə qoyur. Əgər müsahibəyə razılaşsaydı, suallar təxminən belə olacaqdı.

- Səfirliyin binasına olduqca yaxın ərazidə iki 26 mərtəbəli binadan ibarət yaşayış kompleksinin tikintisi səfirliklə də razılaşdırılıbmı?

- Bu kopleksin tikintisinin səfirliyin binasında çatların yaranmasına səbəb olduğu barədə fikirlər səsləndirlir. Bunu real ehtimal kimi qəbul etmək olarmı, ya tamamilə istisna olunur?

- Səfirliklə əksər diaspor təşkilatları arasında gərginlik yaşandığı müşahidə olunur. Belə deyənlər var ki, səfir dar çevrəli "dostlar dərnəyi” yaradıb və yalnız bu çevrədə olanları səfirliyə yaxın buraxır. Əksər diaspor təşkilatlarına isə "düşmən” münasibəti göstərilir. Bütün bunlarla bağlı nə deyə bilərsiz?

- Ukraynada təhsil alan tələbələrdən bir neçəsi ilə söhbətimizdə diplomatik nömrələrdən də söz düşdü. Dedilər ki, Kiyevdə Azərbaycan səfiriliyinə aidiyyatı olmayan, lakin səfirliyin diplomatik nömrələri ilə hərəkət edən avtomobillərə rast gəlinir. Deyilənə görə sürücülər də tamamilə kənar adamlardır. Bu iddialarla bağlı fikirlərinizi bilmək istərdik.

- Belə iddialar da var ki, AzTV-nin Ukrayna üzrə müxbiri səfirliyə aid olan məsələlərə müdaxilə edir. Deyilənə görə onun münasibətdə olmadığı diaspor təşkilatları səfirliyə yaxın buraxılmır, tədbirlərə dəvət olunmurlar. Bu iddialarla bağlı nə deyə bilərsiz?

Nə isə, suallar çox idi. Moldovadakı fəaliyyəti, səfirlikdəki müəmmalı adamlar barədə deyilənlər, Azərbaycan-Ukrayna münasibətləri, başa vurduğumuz il ərzində səfirliyin gördüyü işlər və s.və i.

Əlbəttə, səfirimizlə ilk görüşümüzün belə dramatik alınmasına təəssüf edirik. Belə olmaya da bilərdi. Köhnə iş yerimizlə bağlı mənasız bir bəhanə səsləndirməkdənsə, adi bir nəzakət jesti kifayət idi ki, "ruhumuz təzələnsin, könlümüz pərvaz etsin…”

***

645

Dnepr Filarmoniyasında keçirilən konsertdən sonra diaspor fəalları ilə görüşdük. Ürəkaçan bir şey eşitmədik. Narazılıq, giley, inciklik... Dneprdə diasporun koordinasiya mərkəzinin rəhbəri Firuz İbrahimov deyir ki, səfir diaspor fəalları ilə ünsiyyətə meyilli adam deyil: "Yalnız bir-iki dost bildiyi adamdan başqa heç kəslə maraqlanmır. Bura gəlib-gedir, amma diaspor təşkilatlarını axtarıb-itirmir, maraqlanmır ki, nə işlə məşğuluq. Niyə belə edir, məqsədi nədir, bunu anlaya bilmirik”.

Diaspor fəalı Eldar Tağıyev hesab edir ki, əvvəlcədən səhvlər buraxıldığından indi onun fəsadları yaşanır: "Bundan əvvəlki səfirlər ölkəyə gələn kimi birinci növbədə Ukraynanın bütün regionlarından diaspor fəallarını görüşə dəvət edirdilər. Yaşından, vəzifəsindən asılı olmayaraq, hamını çağırırdılar. Bu görüşlər tanışlıq məqsədi daşıyıb. Hazırkı səfir bunu eləmədi. Diaspor fəalları ilə hər hansı görüş keçirilmədi. Sonrakı mərhələdə də müəyyən səhvlər buraxıldı. 3 ilə yaxındır ki, buradadır, yalnız bu gün konsertdə fasilə zamanı bizi gördü. Tutalım bizi 3 ay əvvəl tanıyıb. Amma Nadir Zeynalzadə ilə necə görüşməmək olar? Onu necə tanımamaq olar? Nadir müəllim Ukraynada ilk Azərbaycan diaspor qəzetinin təsisçisidir. O, Dneprdə diasporun təməlini qoyanlardandır. Sərxoş İsmayılov diasporun möhkəmlənməsi istiqamətində böyük işlər görüb. Yəni demək istəyirəm ki, bu adamlarla sıx əlaqədə olmaq lazımdır”.

646

Məsələ ilə bağlı Nadir Zeynalzadə də fikirlərini bölüşdü. O da əvvəlcə səfirin diaspor təşkilatlarına biganə münasibətindən danışdı: "Əvvəlki səfir Eynulla Mədətli üç dəfə məni səfirliyə dəvət edib, diasporla bağlı müzakirələr açmışdı. Çünki bu sahədəki təcrübəmizdən məlumatlı idi. Digər diaspor nümayəndlərinə də eyni isti münasibəti göstərirdi. Amma onun yerinə cavan səfir gəldi, bir dəfə də olsun çağırıb demədi ki, necəsiz, nə işlə məşğulsuz? Ola bilsin ki, kimlərsə ona düzgün məlumatlar vermir. Amma səfirin özü nə vaxt bizimlə görüşdü, halımızla maraqlandı ki, özünün dəqiq informasiyası olsun? Bəs dövlətin maraqları? Axı səfir işlədiyi ölkədəki diasporun güclü olmasına maraq göstərməlidir. Azər Xudiyev üç dəfə Dneprə gəlib. Amma 40 nəfər azərbaycanlı balasının təhsil aldığı məktəb və nadir əl işlərindən ibarət iki muzey yaratmış, böyük ofisi olan, 18 ildir hər ay qəzeti çıxan diaspor təşkilatını qoyub, özünə yaxın olan bir-iki nəfərlə gedir restoranlardan birində olan ofisə. Yanına elə bir adamı salıb şəhər meri ilə görüşməyə gedir ki, biz buna ancaq təəssüf edirik. 22 min azərbaycanlının yaşadığı şəhərdə səfiri niyə bir nəfər müşayiət etməlidir? Niyə səfir bura gələndə onun ətrafında böyük bir ordu cəmləşməsin? Bilirsiz, biz həmişə fəaliyyətimizdə ulu öndərimiz Heydər Əliyevin nəsihətlərinə əsaslanmışıq. O, dünya azərbaycanlılarının I qurultayında tövsiyə etdi ki, diaspor təşkilatları səfirliklə sıx əlaqədə işləsinlər. Biz bu tövsiyəni unutmuruq və Azər Xudiyevdən əvvəlki diplomatların zamanında səfirliklə sıx əlaqədə olmuşuq. Amma indi tamam başqa ab-hava yaşanır. Mən şəxsən belə düşünürəm ki, dövlətimizin maraqları olan yerdə şəxsi münasibətlər arxa plana keçməlidir. Ola bilsin ki, səfirə düzgün olmayan məlumatlar verilir. Amma səfir niyə onun-bunun sözü ilə oturub-durmalıdır? Niyə diaspor fəalları ilə əlaqəyə girmir? Niyə yalnız bir-iki nəfərlə ünsiyyət qurur? Bax, bu mənə də aydın deyil. Bu qədər müddətdən sonra bu gün Filarmoniyanın foyesində bir neçə nəfərlə ünsiyyəti oldu. Normal da dialoq alındı. Amma konsert təşkil olunmasaydı, deməli, bu dialoq da baş tutmayacaqdı”.

647

Digər diaspor fəalı Vidadi İbrahimov diaspor təşkilatları arasında ayrıseçkilyin salınmasında AzTV-nin Ukrayna üzrə müxbirinin də rolu olduğunu deyir: "Bu adam özünü səfir kimi aparır. Bütün məsələlərə qarışır. Səfirliyin "dostlarını” və "düşmənlərini” o müəyyənləşdirir. Kiminlə şəxsi dostluq əlaqələri varsa, ancaq onun tədbirlərini çəkir. Qalanlarının əməyi ona maraqlı deyil. Təşkilatçı ilə münasibəti yoxdur deyə, dövlətin maraqlarına cavab verən, adət-ənənələrimizin təbliğ olunması məqsədinə hesablanan tədbirləri çəkmir. Bu adamlar unudurlar ki, onlar dövlətdən maaş alıb işləyirlər, amma diaspor nümayəndələri dövlətə təmənnasız xidmət edirlər. Onların əməyinə qiymət vermək lazımdır. AzTV-nin kameraları kiminsə ailə məclisləri, toy şənlikləri üçün nəzərdə tutulımayıb. Hanısa tədbirdə kameralara tuş gəlsən belə, axşam özünə televizorda baxa bilməzsən. Kəsib-doğrayır, ancaq yaxın bildiyi adamların görüntüsünü efirə verdirir. AzTV rəhbərliyi haradan bilsin ki, bu nə çəkib və ya kimləri çəkib? İstədiyi materialı Bakıya göndərir, onlar da buna inanıb verirlər. Daha xəbərləri yoxdur ki, Ukraynadakı müxbir dövlətin texniki avadanlıqları ilə hansı "xarüqələri” yaradır. Bu gün konsertdə də bizi çəkdi. Ola bilsin ki, bu dəfə göstərsin. Çünki söz-söhbət şişir, ölkə mətbuatında az qala hər gün səfirlik-diaspor münasibətlərindən yazılır. Görüntü yaratmaq üçün bu gün fərqli davrana bilər. Amma mən ümumən diasporaya yanaşmadan danışıram”.

648

***

Ertəsi gün Kiyevə qayıtdıq. Əvvəlcədən planlaşdırdığımız kimi, Səməd Vurğun adına kitabxanaya baş çəkdik. Elə giriş qapısındaca bizi kitabxananın müdiri Qalina Çebatıryova qarşıladı. Özümüzü təqdim edib, haradan gəldiyimizi bildirdik. Çox sevindi. Azərbaycana heyran olduğunu, bir müddət əvvəl Gəncəyə getdiyini, oranı da bəyəndiyini dedi. Qeyri-ixtiyari reaksiya verdim: "Qadan alaram”.

– Nə dediz?

- Dedik ki, çox şadıq…

Qalina Çebatıryovanın müşayiəti ilə kitabxanın başdan ayağa gəzdik. Burada 20 mindən artıq kitab cəmləşdirilib. Onlardan 1000-i Azərbaycan ədəbiyyatına aiddir. Təsəvvür edin, kitabxanada Səməd Vurğunun "Vaqif”i də qorunur. Kitabxananın divarlarından ancaq Azərbaycana və Bakıya aid şəkillər asılıb. Görkəmli yazıçı və şairlərimizin portrletlərinə də xüsusi yerlər ayrılıb. Kitabxana dövlət müəssisəsi olaraq Ukrayna Mədəniyyət Nazirliyinin balansındadır. Qalina Çebatıryova təəssüflə bildirdi ki, azərbaycanlılar nadir hallarda kitabxanaya gəlirlər: "Bizim azərbaycanlılara böyük hörmətimiz var. Amma təəssüf ki, bura tez-tez gəlmirlər. Düzdür, azərbaycanlı oxucularımız var. Amma istərdik ki, onlarn sayı barmaqla sayılmasın. Məsələn, bizim çox aktiv azərbaycanlı oxucumuz Leyla Məmmədovadır. Burada 210 saylı məktəbdə təhsil alır və özü də yeni tətbiq olunan proqram üzrə məktəbin prezidentidir. Mən özüm onunla fəxr edirəm. Çox savadlı və üzərində yorulmadan çalışan qızdır. Ona lazım olan kitabları biz başqa kitabxanalardan da sifariş edirik”.

649

Direktor əvvəllər səfirlik tərəfindən kitabxana fonduna müxtəlif ədəbi nümunələrin hədiyyə olunduğunu, amma son bir neçə ildə səfirlikdən hər hansı dəstək görmədiklərini də bildirdi: "Təəssüf ki, son illərdə bizimlə əlaqə saxlamırlar. Amma vaxt var idi, bizim fonda çox gözəl əsərlər daxil olurdu. Hətta kitabların tərcümə olunmasını da təmin edirdilər. Çox istərdik ki, Azərbaycanca-Ukraynca, Ukraynca-Azərbaycanca lüğətlər dərc olunsun. Rusca-Azərbaycanca lüğətimiz var, ancaq Ukraynca-Azərbaycanca lüğətimiz yoxdur”.

650

Qalina Çebatıryova kitabxanın istilik sistemində yaranmış problemdən də söz açaraq, bu problemin aradan qaldırılması üçün səfirlikdən kömək istədiklərini də dedi: "Zəng edib problemi izah etdik. Bizə qısa cavab verdilər: SOCAR-a müraciət edin. Bundan sonra daha heç bir yerlə əlaqə saxlamadıq”.

Direktora dedik ki, əgər "SOCAR-Ukraynaya” müraciət etsəydilər, onlar bu məsələyə biganə qalmazdı.

***

Yox, elə başa düşməyin ki, səfirlik heç bir işlə məşğul deyil. Baxmayaraq ki, cənab səfir bizə hər hansı açıqlama vermədi, biz görülmüş işlərlə dair ortalıqda olan ümumi məlumatlara da yer ayırmağı özümüzə borc bilirik. Beləliklə, 2017-ci ildə Kiyev şəhərinin mərkəzində Azərbaycan-Ukrayna dostluq parkı açılıb (Bu parkla bağlı bizim ayrıca yazımız olacaq – N.D). Ötən il Lvov şəhərindəki 1-saylı Klinik xəstəxananın nəzdində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına oftalmoloji mərkəz açılıb. Mərkəz müasir avadanlıqlarla təchiz olunub. Bu ilin iyul ayında Kiyevin əsas mərkəzi küçələrinin kəsişdiyi yerdə Müslüm Moqamayev adına istirahət parkı salınıb. Orada böyük sənətkarın abidəsi ucaldılıb. Bu il iyunun 22-də Azərbaycan Ticarət Evinin açılışı olub. Kiyev Şəhər Meriyası səfirliyin təşəbbüsü ilə şəhərin digər mərkəzi parklarından birinə Nizami Gəncəvinin adının verilməsi ilə bağlı qərar çıxarıb. Bundan başqa, görülmüş işlər sırasında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər, Azərbaycan mədəniyyət günləri və "Etno-Caz” festifalından da bəhs olunur.

***

İndi keçək Azərbaycanla Ukrayna arasındakı iqtisadi əlaqələrin vəziyyətinə. Azərbaycandan neft idxalı Ukraynanın ümumi xam neft və qaz kondensatı idxalının təxminən 85 faizini təşkil edir. 2017-ci ildə Ukrayna Azərbaycandan 376,8 mln. dollarlıq neft idxal edib. Bu da 2017-ci ilin göstəricilərinə görə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarının ümumi həcminin təxminən yarısını təşkil edib. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Ukraynaya 376,337 mln. dollar məbləğində xam neft ixrac edilib. Bu göstərici də idxal-ixrac əməliyyatlarının hesabat dövründə qeydə alınmış ümumi həcmin təqribən yarısını əhatə edir (Mənbə: İnterfaks agentliyi). Qeyri-neft sektoru üzrə ixracın səviyyəsinə gəldikdə, Ukrayna burada ilk beşliyə də daxil deyil. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən tərtib olunan "İxrac İcmalı”nın 2018-ci il yanvar buraxılışında yer alımış rəsmi məlumatlara görə, 2017-ci ildə qeyri-neft sektroru üzrə əsas ixrac ölkələrinin ilk beşliyini Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya formalaşdırıb. "İxrac icmalı”nın 2018-ci ili noyabr sayındakı göstəricilər də Ukraynanın qeyri-neft sektroru üzrə əsas ixrac ölkələri sırasında olmadığını göstərir. Yola salmaqda olduğumuz ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə 5 əsas ölkə sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Qazaxıstan qərarlaşıb. Ümid edirik ki, Kiyevdə fəaliyyətə başlamış Azərbaycan Ticarət Evinin səyləri nəticəsində Ukrayna da qeyri-neft sektoru üzrə əsas ixrac ölkəsinə çevriləcək.

***

Sonda cənab Prezidentin Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında səfirlik-diaspor münasibətlərinə dair dediklərini xatırlayaq: "Diasporla İş üzrə Dövlət Komitəsi koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər”.

Cənab Prezidentin azərbaycanlılarla bağlı arzuladığı mənzərəni tezliklə Ukraynada da görəcəyimizə inanırıq.

Yaşasın Azərbaycan!

Nicat DAĞLAR

Bakı-Kiyev-Dnepr-Kiyev-Bakı

Missiya.az



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR