2019-cu ildə hansı bürcü nələr gözləyir?

img

19-12-2018 [00:20]


Ulduz fallarına inanmağı və ya onlara diqqət yetirməməyi hər kəs özü seçir. Çoxu münəccimlərin düzgün proqnozlarını artıq qiymətləndirib və indi böyük maraqla onların gələn il üçün hazırladığı öncəgörmələrini gözləyir.

Bürclərə görə 2019-cu ilin sevgi falı könül məsələlərində qarşıda duran çətinlikləri əvvəlcədən öyrənməyə imkan verir və ya heç olmasa onların meydana çıxmasına hazır olur.

Milli.Az Publika-ya istinadən astroloqların gələn il üçün bürclərə görə hazırladığı sevgi falını təqdim edir.

Qoç

2019-cu ildə bu zodiak nümayəndələri üçün sevgi falı ziddiyyətlidir. Tipik Qoçlar bürcün əlamətlərinə əsasən potensial tərəfdaş seçərkən və münasibətlərin başında özünün bütün parlaq xarakteristikalarını göstərəcək. Bu, ona gətirib çıxaracaq ki, Qoçlar yarı yolda qalacaq, münasibətlər ola bilər, amma bu, ömür boyu davam edən sevgi deyil. Belə Qoçlar emosiyalarına nəzarəti, özünü digərlərindən üstün tutmamağı və ətrafdakı insanların ehtiyaclarına daha çox diqqət yetirməyi öyrənməlidir.

Qoç bürcünün daha təmkinli nümayəndələri münasib tərəf müqabili ilə münasibətləri düzəltmək imkanı qazanacaq. Bu, bürcün əvvəlində və sonunda doğulmuş şəxslərə aiddir. Əgər potensial həyat yoldaşınıza diqqət göstərsəniz və romantikliyi yada salsanız, onda qeyri-standart Qoçlar üçün gələn il əlamətdar olacaq. Bundan başqa, astroloqlar bütün Qoçlara uşaqlarına və valideynlərinə xüsusi qayğı və məhəbbət göstərməyi tövsiyə edir. Sarı Torpaq Donuz ili münasibətlərdə harmoniya əldə etməyə, köhnə münaqişələri yoluna qoymağa, ünsiyyətdə çətinlikləri aradan qaldırmağa kömək edəcək. 

Buğa

Buğaların təfərrüata varmaq xüsusiyyətləri ikinci yarını axtarıb tapmağa mane olur. Onlar öz davranışlarında bir qədər diqqətli olmağı öyrənməlidir. Bu, insanlarla ünsiyyətdə daha açıq olmağa, dostluq dairəsini genişləndirməyə və ikinci yarınızla görüşmək ehtimalını artırmağa imkan verəcək. Bu görüşün yayın ikinci yarısında və ilin sonlarında baş tutması daha real görünür. Sarı Donuz ev heyvanı sayılır, odur ki, bu il isti yuva və möhkəm nikah qurmaq şansları daha yüksəkdir.

Bu bürcün nümayəndələrinə ulduzlar tez-tez ictimai yerlərdə iştirak etməyi, yeni tanışlıqlardan qaçmamağı və duyğularını daha aydın ifadə etməyi tövsiyə edir. Bir çox "Buğalar"ın uzun müddət gizli saxladıqları duyğularının qarşılıqlı olduğu üzə çıxacaq. Astroloqlar sizə xırda detallarda şiddətlə ehtiyatlı olmağı tapşırır. Bu, həm subay, həm də evli "Buğalar"a aid edilir. Birincilərə bu, yeni münasibətlərə başlamağa, ikincilərə isə ailə problemlərini düzəltməyə və qohumlarla münasibətlərdə harmoniya tapmağa kömək edəcək. 

Əkizlər

2019-cu il Əkizlər üçün emosiyalar sunamisi hazırlayır. Təbiət cisimlərinin təsiri həm subay, həm də evli "Əkizlər"dən yan keçməyəcək. Yeni hisslər yaşamaq hər ikisi üçün mümkündür. Subaylar üçün bu, əlbəttə ki, sevindiricidir, evlilər üçün duyğuların həddindən artıq axını mövcud əlaqələrin pozulmasına səbəb ola bilər. Evli Əkizlər partnyorunu dəyişdirmək istəyinə qarşı çıxsa belə, bundan sonra ailədə münasibətlərin hamar olmasını gözləməyə dəyməz. İlin ümumi gərginliyi "Əkizlər"i öz münasibətlərini aydınlaşdırmağa məcbur edəcək.

Bu, bürcün tənha nümayəndələrinə asan olmayacaq, yeni sevgililər diqqət və qayğı tələb etməyə başlayacaq, amma qarşılığını verməyəcək. Əkizlər bürcü sevgi sərgüzəştləri üçün öz arzularını bir qədər sərtləşdirməli və sevgili seçiminə balanslı yanaşmağa çalışmalıdır. Bu, uğursuz və qısa müddətli münasibətlərdən qaçmağa kömək edəcək. Lakin ilk baxışdan aşiq olmağı və ilk tanışlıqdan yaranan duyğular istisna sayılır. Ulduzlar bu bürcləri tələsik ailə qurmamağa və bu məsələdə ehtiyatlı davranmağa səsləyir. Vaxt hər şeyi öz yerinə qoyacaq. Uyğun olmayan insanlar gözdən düşəcək, gələcək həyat yoldaşları isə heç bir yerə getməyəcək.

Xərçəng

Bu bürcün nümayəndələri 2019-cu ildən şiddətli duyğular və gözlənilməz qarşılaşmalar gözləməməlidir. Yeni tanışlıqlar mümkün görünür, lakin hər şey rutin şəkildə baş verəcək, güclü emosiya fırtınası proqnozlaşdırılmır. Yeri gəlmişkən, astroloqlar Xərçəng bürclərindən gizli saxladığı hissləri qarşı tərəfə ifadə etməyi məsləhət görür. 2019-cu ilin ulduz falı pıçıldayır ki, bir çox hallarda onlar qarşılıqlı olacaq. Əgər hissləriniz qarşılıqsız olarsa, bu etiraf bütün diqqətinizi həmin insan üzərində cəmləşdirməyə mane olacaq. Xərçənglər həyatlarını yenidən təyin edə biləcək, dolayısı ilə özünü mənasız gözləntilərlə yormağa son qoyacaq.

Hissləri indi qəbul etmək vacibdir. İl ərzində bu bürclərə yeni və uğurlu münasibətlərə başlamaq üçün 2 şans veriləcək. Birincisi aprelin ortalarında və mayın sonuna qədər davam edəcək. Perspektiv tanışlıqların və sevgi etiraflarının ikincisi dalğası isə payızın sonlarına təsadüf edir. Sarı Torpaq Donuz ili güclü duyğular vəd etməsə də, bəzi Xərçəng bürcləri məhəbbətlərini tapa biləcək. Bürcün bəzi nümayəndələrini yeni hisslər gözləsə də, onlar həddən artıq parlaq və həyəcanlandırıcı olmayacaq. Sevgi münasibətləri sakit başlayacaq, sabit və romantik şəkildə inkişaf edəcək. Bununla belə bəziləri sonradan güclü dostluq münasibətlərinə çevriləcək, bəzi Xərçənglər isə uyğun nikah yaratmağa müvəffəq olacaq.

Şir

Bir çox Şirlər üçün çoxtərəfli romantik münasibətlər il boyu davam edəcək. Romanlar, pərəstişkarlar, gurultulu ayrılıqlar və diplomatik boşanmalar bu bürcün nümayəndələri üçün yeni norma halına gələcək. Sürətlə başlanan yeni münasibətlərin boşanma ilə bitmə ehtimalı yüksəkdir. Bu, ümidsiz əlaqələr və başlanğıcda səhv insanla münasibət quran insanlara aiddir.

Bununla belə, Sarı Torpaq Donuz ili sevgi münasibətləri baxımından "Şirlər" üçün ən yaxşı dövrlərdən biridir. Daimi gərginliklər və mübahisələr həyatın romantik hissəsindən yox olacaq, bunun əvəzinə həssaslıq və harmoniya meydana gələcək. Astroloqlar ilin ikinci yarısında ehtiyatlı olmağı xüsusilə tapşırır: uzun müddətli romantik əlaqələr, hətta toy baş tuta bilər. Evlilik haqqında düşünən Şir bürcləri üçün 2019-cu il ən uğurlu dövrdür. Vacib keyfiyyətlərə diqqət yetirib kiçik qüsurlara göz yumsanız və partnyor seçimini doğru etsəniz, münasibətləriniz illər ərzində möhkəmlənə biləcək.

Qız

2019-cu il həm subay, həm də evli Qız bürcləri üçün asan olmayan, amma zəruri bir dövr hazırlayıb. Sevgilisi və ya həyat yoldaşı olan Qız bürcləri münasibətlərdə öz günahları ucbatından problemlər yaşayacaq. Kiçik qüsurları güzəştə getməyi və nifrətlə səhv tapmamağı öyrənmək lazımdır. Eyni zamanda işdə məhəbbət flirtlərindən qaçmağa çalışın. İşdə məhbəbbət macərası sizə ancaq problem və boşluq hissi gətirəcək.

Astroloqlar Qız bürclərinə emosional qərarlar verməməyi tövsiyə edir. Münasibətlər ehtirasa qurban vermək və bədənin birinci çağırışı üzrə cinsi münasibətlərin burulğanına baş vurmaq əlverişli deyil. Bu, qəzəbə də aiddir, hazırkı və ya potensial partniyorun ünvanına göndərilmiş neqativ duyğular bir çox xoş olmayan hadisələrə səbəb ola bilər. Xırdalıqlara varmamağı, arzularınızı şüurlu şəkildə analiz etməyi öyrənsəniz və ya impulsiv qərarlar verməsəniz, o halda sevgi gələn il həyatınızda önəmli yer tuta bilər. Ailəli nümayəndələrin münasibətlərində harmoniya üstün olacaq, subaylar isə uzunmüddətli münasibətlər qura biləcəklər. İdeal yarını tapmaq üçün sonunculara tez-tez konsertlərə, sərgilərə və ya teatra getmək məsləhət görülür. Bu, görüşün baş tutması şansını ciddi şəkildə artıracaq. Bir çox "Qızlar"ın uzun müddət görmədikləri bəzi köhnə tanışları ilə münasibət qurması ehtimalı yüksəkdir.

Tərəzi

2019-cu ilin əvvəlində ulduzlar Tərəzilərə ciddi münasibətlərdən uzaq durmağı tövsiyə edir. Astroloqların proqnozlarına əsasən qış aylarında Tərəzilərə dəlilik etmək mane olmayacaq, amma yazda yerinə düşmür. Aprel və may aylarında bütün diqqətinizi romantik münasibətlərə deyil, başqa işlərə yönəltməyə dəyər. Bu dövr yeni münasibətlərə başlamaq üçün uğurlu vaxt sayılmır. İlin birinci yarısı evli "Tərəzilər" üçün asan olmayacaq, yaz isə bütün məsələləri yerinə qoyacaq. Subaylar baharın sakit keçməsindən qorxmamalıdır, yayda tanış olduğunuz pərəstişkarlar sizə qısa müddətli təkliyi tez unutduracaq.

Sarı Torpaq Donuz ili Tərəzilər üçün romantik münasibətlər baxımından uğurlu dövr olacaq. Hətta kurort romanları möhkəm nikahla nəticələnə bilər. 2019-cu ildə Tərəzilər köhnə səhvlər barədə untumağı bacarmalı və yenilərə başlamaqdan qorxmamalıdır. Məhz bu yanaşma yeni tanışlıqlar qurmağı asanlaşdıracaq, ilin hamisi isə Tərəzi bürclərinin həyatının xoş bir dövrə çevrilməsini təmin edəcək. Ulduzlar hətta tələsik toy etməyi tövsiyə edir.

Əqrəb

2019-cu ildə sözügedən bürclər sevgi dolu gözəl günlər gözləməməlidir. Bir qayda olaraq sahib olduğu çətin xarakteri Əqrəblərə münasib tərəf müqabili tapmaqda çətinlik yaradır. Zəif partnyorla münasibət qurmaq arzusunu söndürməyə dəyər, əks halda hətta ilin hamisi də Əqrəbləri sonrakı məyusluqdan xilas edə bilməyəcək. Ulduzlar partnyor seçiminə sadəcə hissiyyatla deyil, həm də məntiqlə yanaşmağı məsləhət görürlər.

Bu bürcün nümayəndələri tanışlığın ilkin mərhələsində qarşı tərəfin qabiliyyətlərini qiymətləndirməyi, istəklərinə qarşı durmağı və lap əvvəldən zəif şəxsiyyətlər ilə əlaqəyə başlamaqdan imtina etməyi bacarmalıdır. Əks təqdirdə bir çox Əqrəb bürcləri üçün qeyri-adekvat tərəf müqabili seçimi ssenarisi yenidən təkrarlanacaq. Bir çox Əqrəblər bu il şəxsi həyatında əhəmiyyətli hadisələr gözləməməlidir. Məhəbbətdə yalnız Bürcün bir neçə nümayəndəsi şanslı olacaq.

Oxatan

Sarı Torpaq Donuz bu bürcün ailəli və sevgilisi olan nümayəndələri üçün düşərli olacaq. Birincilər sahib olduğu yarının çabalarını yüksək qiymətləndirəcək və münasibətlərdə çoxdan gözlənilən harmoniya əldə edəcək. İkincilər isə münasibətlərini rəsmiləşdirmək şansı qazanacaq.

Yeni yaranmış münasibətlər möhkəmlənəcək, cütlüklər arasında etibar böyüyəcək. Ötən dövrlərə aid olmayan bir-birinə qarşılıqlı anlaşma hökm sürəcək. Bu bürcün subay nümayəndələri də yeni əlaqələrin harmoniyasını qiymətləndirmək imkanı əldə edəcək. İlin ikinci yarısında axtarışında olduğunuz ruh əkizi ilə görüşmək ehtimalı yüksəkdir. Bu tanışlıqlar yüngül flirtdən başlasa da, gələcəkdə daha ciddi münasibətə çevrilə bilər.

Oğlaq

Münasibətlərdə uğur qazanmaq üçün Oğlaqlar karyera nailiyyətləri haqqında bir müddət unutmalı olacaq. Məhz iş bu bürcün nümayəndələrinə artıq mövcud olan münasibətlərdə harmoniya qazanmağa və yenilərini qurmağa mane olacaq. İşə konsentrasiya 2019-cu ilin əvvələri üçün əlverişlidir. İlin ilk 3 rübü yeni və möhkəm romanlar, həmçinin mövcud əlaqələrdə duyğuları təzələmək üçün yaxşı dövrdür. Münəccimlər Oğlaqlara romantik duyğuları alovlandırmağı tövsiyə edir. Bu zaman parlaq duyğular həyatınıza təkcə sevgi deyil, həm də başqa güclü emosiyalar gətirəcək.

Dostlar və iş gözləyə bilər, xüsusilə Oğlaqlar yeni münasibətə başlayıbsa... Əgər ilin əvvəlində vurula bilsəniz, uğurlu nikahların qurulması mövcud görünür. Həmçinin uzun müddət qeyri-rəsmi nikahda yaşayan Oğlaqlar münasibətlərini rəsmiləşdirmək barədə düşənəcək.

Dolça

Sarı Torpaq Donuz ili Dolçaların həyatında sevgi pessimizmini məğlub edən dövr olacaq. Ağrı qorxusu və ya xəyanət ehtimalı münasibətlərin başlanğıcında bu bürcün nümayəndələrini ehtiyatlı olmağa sövq edəcək və irəli hərəkət etməyə mane olacaq. 2019-cu ildə uğursuz keçmiş münasibətlər haqqında unutmaq və yeni tanışlıqlar qurmaq şansınız yüksəkdir. Gələcəkdə möhkəm, dərin və uzun izdivaca çevrilən yeni eşq məcaraları bürcün bir çox nümayəndələrinə rahatlıq gətirəcək.

Ulduzlar 2019-cu ildə tənhalıq dərisini soyunmağa qərar verə bilməyənlərə sadəcə həyatdan zövq almağı məsləhət görür. Bunun üçün dostlarla daha çox ünsiyyət qurmaq, şənliklərdə iştirak etmək və ya vaxtı sadəcə xoş və səmərli keçirmək tələb olunur. Əgər yanınızda uğurlu partniyor olarsa, münasibətlər asanlıqla qurulacaq və gərginlik yaranmayacaq. Astroloqlar sizə duyğuları cəsarətlə ifadə etməyi tövsiyə edir. Bu, sadəcə hadisələrin inkişafını sürətləndirməyə deyil, həm də rədd edilmək qorxusundan xilas olmaqda kömək edəcək.

Balıq

Ulduz falı 2019-cu ilin "Balıqlar" üçün asan olmayacağını, ancaq sevgi məsələlərində uğurlu münasibətlər gözlədiyini pıçıldayır. Potensial partniyorda qüsur axtarmağa son verin, gələn il sevgi və məhəbbət dövrüdür. Romantizm yalnız subaylara təsir etməklə qalmayacaq, bürcün evli nümayəndələri də həyatlarının incə dövrlərini xatırlayacaq və əlaqələrin yeni mərhələsinə daxil olacaqlar.

Balıq bürcü altında doğulan subaylara astroloqlar xüsusilə başqalarının zəifliklərini qəbul etmənin vacibliyini vurğulayırlar. 

Bu bürcün nümayəndələri başqalarına güzəştə getməyi öyrənə bilsə, ətrafında nə qədər uğurlu namizəd olduğunu görə biləcək. Sarı Donuz ilində "Balıqlar" sadəcə uğurlu münasibət deyil, həm də möhkəm ailə qura biləcək. Lakin kiçik qüsurları, ciddi qeyrinormal asılılıqları və xarakterin qəbuledilməz xüsusiyyətləri arasındakı həddi tapmaq əhəmiyyətlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı